"Düşünməyək ki, müharibəni udmuşuq və sakit yata bilərik"

00:36 14-11-2020 | icon 734 | Siyasət
"Düşünməyək ki, müharibəni udmuşuq və sakit yata bilərik"

Ramiyə Məmmədova: "Qarabağda tam Azərbaycan əhalisi yerləşməyənə və suverenliyi bərpa etməyənə qədər..."

 

"Rusiya kanalları yenə geniş təşviqat arabasını işə salıb. Bütün kanallar Rusiyanın Qarabağ müharibəsindəki diplomatik qələbəsi ilə beyin yuyur. Rusiya siyasətçiləri, jurnalistləri və analitikləri post sovet dövlətlərinin sonunda Rusiyasız bu regionda sülh olmayacağını hər cür yolla bütün dünyanın gözünə soxurlar".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında politoloq Ramiyə Məmmədova bildirib.
 
 
Politoloq vurğulayıb ki, Solovyovun bugünkü verlişində "Bizi Qarabağı goruya bilməyib Azərbaycana verdiyimizə görə gunahlandıranlara cavabım - baxın orda kimin əsgərləri yerləşdirilib" deməsi sıradan söz deyik:
 
 
""60 minut" tok şousu zatən durmadan "Qarabağda daimi sülh olması üçün Rusiyaya verilməlidir" təbliğatını aparır.
 
Rusiyanın Qarabağa yeritdiyi sülhməramlı missiyasının rəhbəri, general-leytenant Rüstəm Muradov isə Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyanla görüşür. Biz anlayırıg ki, Rusiyasız bu region heç bir zaman bərqərar ola bilməz, çünki böyük gonşumuzdur, ermənilərin də bu gün garantları ancag ruslardır. Lakin bu dərəcədə Qarabağ məsələsinə sahiblənmək yaxşı nəticə verməyə bilər. Təbii Türkiyə faktoru böyük rol oynayır və balans yaradır, lakin bu sahiblənmək məsələsinə qəti mövqe qoymaq vaxtında vacib və lazımdı. Hələ Ermənistanda belə sabah nə baş verəcəyi və kimin gələcəyi sual altındadır. Yəni düşünməyək ki, müharibəni udmuşuq və sakit yata bilərik. Qarabağda tam Azərbaycan əhalisi yerləşməyənə və suverenliyi bərpa etməyənə qədər ora bizim sayılmır. O ki qaldı Rusiyaya, bu məsələyə ciddi yanaşmaq və tarixi təkrarlamamağa baxmalıyıq".
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu