Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək

12:04 14-11-2020 | icon 670 | Mədəniyyət
Milli Xalça Muzeyi tərəfindən onlayn formatda tədbirlər keçiriləcək

Noyabr 16-da Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin onilliyi, noyabrın 17-də isə görkəmli alim, üç cildlik “Azərbaycan xalçası” fundamental əsərinin müəllifi, Xalq rəssamı Lətif Kərimovun doğum günü münasibəti ilə Azərbaycan Milli Xalça Muzeyi silsilə tədbirlər təqdim edəcək. COVID-19 pandemiyası səbəbindən yaranmış vəziyyəti nəzərə alaraq, tədbirlər onlayn formatda olacaq. 

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Xalça Muzeyi xəbər yayıb.

 

Bildirilib ki, noyabrın 16-da muzeyin sosial şəbəkələrində tanınmış fotorəssam, bir çox nüfuzlu foto müsabiqələrin qalibi Əqdəs Bağırzadənin muzeydə çəkdiyi fotoşəkillər əsasında hazırlanmış video-çarx təqdim ediləcək. Bu video-çarxda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan sənət incilərinin müxtəlif rakurslarda öz əksini tapdığı fotolar dahi bəstəkarlarımız Fikrət Əmirovun, Qara Qarayevin, Arif Məlikovun əsərləri ilə müşayiət olunur.

 

Həmin gün muzeyin direktoru Şirin Məlikovanın təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Azərbaycan Milli Xalça Muzeyi təcrübəsində boyanmamış yundan toxunan xalçalar” layihəsinin təqdimatı keçiriləcək. Təqdimatda layihə çərçivəsində bu il Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasında qorunan beş klassik xalçanın təbii yunun öz rəngindən istifadə edərək toxunan replikaları sərgilənəcək. Xalçaların toxunmasında Mazex (Naxçıvan), Şirvan (Şamaxı), Qaradolaq (Ağcabədi), Bozax (Gəncə-Qazax) qoyun cinslərinin yunundan istifadə olunub.

 

Qeyd edək ki, bu layihə Azərbaycan Milli Xalça Muzeyinin Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramının 7.1.2. (Ənənəvi çeşnilər əsasında və bölgələrin ənənələrinə uyğun naxış və rəng ahənginin seçilməsi yolu ilə xalq sənətkarlarının bədii və texniki iş üsullarının öyrənilməsi və təbliği) bəndinin icrası ilə bağlı həyata keçirtdiyi tədbirlərdən biridir.

 

Noyabrın 17-də isə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanan “Tanınmış simalarla virtual tur” layihəsinin ikinci hissəsi təqdim olunacaq.

 

Qeyd edək ki, layihə çərçivəsində bu dəfə muzey ekspozisiyasının II mərtəbəsində nümayiş olunan xovlu xalçalar, milli geyim, tikmə, bədii metal nümunələri və “Qarabağ otağı” ilə tanış ola bilərsiniz. Muzeyə virtual turda bələdçilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, Əməkdar artist Nərgiz Kərimova, İctimai televiziyanın “Səhər proqramları” departamentinin direktoru Könül Arifqızı, Azərbaycan Dövlət Rus Dram Teatrının aktyoru Oleq Əmirbəyovdur. Muzeyin inklüziv proqramları çərçivəsində video surdo-tərcümə ilə müşayiət olunur. Virtual turun ssenari müəllifi Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, rejissoru Mübariz Nağıyevdir.

 

Azərbaycan Milli Xalça Muzeyinin banisi, Xalq rəssamı Lətif Kərimovun ad günündə yeni xalçanın dəzgahdan kəsim mərasimi bayram günlərinə xüsusi ab-hava qatacaq. Qocaman toxucu Nazilə xanımın toxuduğu xalçanın çeşnisi çox maraqlıdır. Burada Azərbaycan Milli Xalça Muzeyinin həyatında baş verən ən əhəmiyyətli hadisələr öz əksini tapıb. Xalça kəsimi ilə yanaşı, təbii boyalarla iplərin rənglənməsi prosesi də təqdim ediləcək.

 

Məlum olduğu kimi Azərbaycan Milli Xalça Muzeyində Lətif Kərimovun şəxsi arxiv sənədləri də qorunur. Onların arasında xarici mütəxəssislərlə yazışmalar da xüsusi dəyərə malikdir. Həftə ərzində azərbaycanlı və xarici xalça mütəxəssislərinin Lətif Kərimovla bağlı xatirələri, onun dünya xalça sənətindəki rolu ilə bağlı fikirləri də paylaşılacaq. 

 

Eyni zamanda, sosial şəbəkədəki izləyicilərə həftə ərzində muzeyin “səhnəarxası” işi ilə də tanış olmaq imkanı yaradılacaq. Belə ki, tarixi nümunələrin müasir dövrdə qorunması, nümayiş olunması və gələcək nəsillərə çatdırılması, fond, saxlanc otaqları, bərpa, muzey eksponatları əsasında yeni nümunələrin toxunması, hətta Şuşa filialına eksponatların köçürülməsi ilə bağlı hazırlıq işləri canlı nümayiş etdiriləcək. Muzeyin toxucuları isə öz növbəsində xalçatoxumanın sirlərini bölüşəcəklər.

 

Hər zaman olduğu kimi Azərbaycan Milli Xalça Muzeyi azyaşlı izləyiciləri də diqqətdən kənarda qoymayacaq. Bayram həftəsində maraqlı ustad dərsləri, nağıl saatı və s. ilə onları sevindirəcək.

 

Qeyd edək ki, siz Azərbaycan Milli Xalça Muzeyinin cəmiyyətin bütün təbəqələrini nəzərə alaraq hazırladığı layihə və təqdimatları sosial şəbəkələrdəki səhifələrdən izləyə bilərsiniz:
Facebook: https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi/ 
Instagram: https://www. https://www.instagram.com/carpetmuseumbaku/ 
Youtube: https://www.youtube.com/channel/UCrvwI99gEY9mHVmxsODVbGw/videos 
Twitter: https://twitter.com/AzCarpetMuseum?s=08 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...