Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

17:48 19-09-2018 | icon 543 | Cəmiyyət
Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir”

 

 

Türkiyənin Hatay vilayətinin Belen bələdiyyəsi bölgəsində Qarabağ parkı və Azərbaycan küçəsinin açılış mərasimi keçirilib.

 

Versus.Az-ın məlumatına görə, Çox sayda insanın iştirakı ilə keçirilən Qarabağ parkı və Azərbaycan küçəsinin açılışı mərasimində çıxış edən Belen bələdiyyə başçısı Adnan Vurucu bildirib ki, ötən il Hatayda Qarabağ problemi, Türk dünyası ilə bağlı konfrans verən millət vəkili Qənirə Paşayeva Belen bölgəsini də ziyarət edib, Qarabağ parkı və Azərbaycan küçəsinin açılması təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləmişdi və bu gün bu parkın açılışını həyata keçirəcəklərindən çox məmnundur.

 

 Azərbaycana böyük sevgi bəslədiyini deyən Belen bələdiyyə başçısı Adnan Vurucu  bildirib ki, Qarabağ ağrısı bütün Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Çıxışında Azərbaycan  haqqında gözəl sözlərlə çıxış edən bələdiyyə başqanı "hər zaman qardaş Azərbaycanın yanındayıq və yanında olacağıq, Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir" deyib və  yeni açılan Qarabağ parkının və Azərbaycan adını daşıyan küçənin Hatayda böyüyən gənc nəsillər üçün önəmindən danışıb və parkda hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı "inşallah qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik" deyib.

 

Qarabağ parkının və Azərbaycan küçəsinin açılış mərasiminin 15 sentyabr Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ərəfəsində keçirilməsinin tarixi əhəmiyyət daşıdığını deyən millət vəkili Q.Paşayeva Belen bələdiyyə başqanı və əməyi keçən hər kəsə təşəkkürünü bildirib.  Millət vəkili Qənirə Paşayeva ümummilli lider Heydər Əliyevin ifadə etidiyi kimi “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır deyib:

 

 “Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı”.

 

Millət vəkili işğal altındakı bölgələrdə ermənilərin törətdiyi vandalizm aktlarına dünya birliyinin, böyük güclərin səssiz qaldığını deyib. Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib, belə parklar və küçələr Türk dünyasının dörd bir yanında açılmalıdır deyib. Q.Pa.ayeva biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq deyib.

 

 Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15 sentyabrda Bakıdan birlikdə verdikləri məsajlara xüsusi toxunan millət vəkili Q.Paşayeva dosta da, düşmənə də çox önəmli məsajlar oldu deyib.

 

 Millət vəkili 15 sentyabrda Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü ilə bağlı Bakıda möhtəşəm bir paradın keçirildiyini və həmin paradda qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlət başçımız İlham Əliyev ilə birgə iştirak etməsinin Azərbaycan və Türkiyə qardaşlığının sarsılmaz olduğunun bariz nümunəsi olduğunu deyib. Q.Paşayeva dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq deyib. O bildirib ki, bu gün Türkiyədə bu cür parkların, abidələrin, küçələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir məsajdır deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb.

 

 Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Belen adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik".

 

 Tədbirdən sonra millət vəkili Q.Paşayeva Belen bələdiyyə başçısı Adnan Vurucu ilə də görüşüb, Belendə Qarabağ parkı və Azərbaycan küçəsinin açılması ilə bağlı təklifini dəstəkləyərək tez bir zamanda gerçəkləşdirilməsinə görə bir daha təşəkkürünü bildirib.

 

Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Belen bölgəsinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayevanın təklifini bələdiyyə başçısı dəstəkləyib. Azərbaycanı çox sevdiyini deyən Belen başçısı Adnan Vurucu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiklərini deyib. Belen bələdiyyə başçısı qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını deyib.

 

Belen bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Belen bələdiyyə başqanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

 

Millət vəkili Q.Paşayeva Hatay vilayətinin qeyri-hökumət təşkilatları, fəal gəncləri, KİV nümayəndələri də görüşüb, geniş fikir mübadiləsi aparıb, Azərbaycanla bağlı sualları cavablandırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ