"Bu səhvlər ABŞ-ın bölgədəki rolunu azaldıb"

21:05 15-11-2020 | icon 455 | Geopolitika
"Bu səhvlər ABŞ-ın bölgədəki rolunu azaldıb"
Amerikanın “The National Interest” dərgisi ölkə kəşfiyyatının Dağlıq Qarabağdakı müharibəylə bağlı 3 səhvə yol verdiyini yazıb. Dərgi yazıb ki, bu səhvlər ABŞ-ın bölgədəki rolunu azaldıb.
 
Birincisi, dərginin qənaətincə, Amerika kəşfiyyatı müharibənin başlanması ehtimalını nəzərdən qaçırıb: “Amerika kəşfiyyatı Türkiyə-Azərbaycan hərbi ittifaqının planlarını düzgün hesablamayıb. Vaşinqton Azərbaycan ordusunun müharibə hazırlıqlarını diqqətə almayıb”.
 
İkincisi, Amerika kəşfiyyatı Rusiya sülhməramlılarının bölgəyə qəfil gəlişini planlaşdıra bilməyib: “Amerika ATƏT-in Minsk Qrupuna ümid edərkən, Rusiya prezidenti Vladimir Putin yaranmış vəziyyətdən ölkəsinin maraqları üçün istifadə edib”.
 
Üçüncüsü, Amerika kəşfiyyatı Rusiya və Türkiyə prezidentlərinin razılaşmasından xəbərsiz olub: “Rusiya və Türkiyə maraq dairələrini öz aralarında bölüşdürüblər. Putin Türkiyənin Azərbaycana sülhməramlılar göndərməsinə Ankara isə bunun əvəzində Rusiyanın İdlibdə fəallığının artmasına razılaşıb”.
 
“The National Interest” dərgisinin qənaətinə görə, səhvlər ucbatından Amerikanın bölgədəki maraqlarına ciddi zərbə dəyib: “Nəticədə Ermənistan demokratiyası təhlükə altındadır, Rusiya və Türkiyənin Azərbaycanda mövqeləri isə güclənib”.
 
Versus.az xəbər verir ki, bu barədə "Atlas" Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Şahinoğlu sosial şəbəkə hesabındakı şərhində yazıb.
 
Politoloq bildirib ki, dərginin Amerika kəfşiyyatının müharibənin başalnacağı haqqında xəbərsiz olması barədə iddiası şübhə doğurur.
 
"Amerika kəşfiyyatı əldə etdiyi məlumatlar əsasında müharibənin başlanacağı günü doğru hesablamışdı, əks halda ABŞ-ın Azərbaycandakı və Ermənistandakı səfirlikləri sentyabrın 26-da hər iki ölkədəki vətəndaşlarını ehtiyatlı olmağa dəvət etməzdi. Bir gün sonra Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. Yəni Amerika kəşfiyyatı müharibənin başlanması tarixini dəqiq bilirdi, sadəcə kəşfiyyatın hesabatını Ağ Evdə diqqətə almayıblar. Müharibə başlayanda Amerikada prezident seçkisi kampaniyasının ən qızğın dövrü idi, Cənubi Qafqaz və bölgədəki müharibə Ağ Evi maraqlandırmırdı. Ancaq dərginin gəldiyi əsas nəticəylə razılaşmamaq olmur. Müharibənin nəticəsinə görə Cənubi Qafqazda iki ölkənin – Rusiyanın və Türkiyənin rolu və yeri artdı, Amerika prosesdən kənarda qaldı".
 
 
Versus.az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür