"Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir"

10:47 16-11-2020 | icon 371 | Siyasət
"Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir"

Fuad Əliyev: "Kəlbəcərlilər heyifsilənməsinlər, yaxın zamanda onlar üçün yeni evlər tikiləcək"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Baku News-a suallarını cavablandırıb.

 

- Fuad müəllim, artıq 44 günlük müharibə geridə qaldı. İkinci Qarabağ müharibəsini Azərbaycanın tam qələbəsi kimi hesab etmək olarmı?

 

- Birmənalı olaraq bu bizim tam qələbəmizdir. Ermənistan ordusunu darmadağın edən Azərbaycanın rəşadətli ordusy 5 şəhər, 4 qəsəbə, 300 kənd və çoxsaylı strateji yüksəklikləri azad etdi. Şuşanı və Xocalının yarısını azad edərək Ermənistanı kapitulyasiyaya məcbur etdik. Onların başqa yolu galmamışdı. Azərbaycan ordusu işğalda olan torpaqları tam azad etdi.

 

- Fuad müəllim, Rusiya sülhməramlı qüvələrin Xankəndinə gəlməsi cəmiyyətimizdə birmənalı qarşılanmadı.

 

- Mən burada heç bir problem görmürəm. Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Onlar yalnız 5 km-lik kiçik Laçın dəhlizi, Xankəndinə gedən yolda və Xankəndində fəaliyyət göstərəcəklər. Bax bu məqam kimlərisə çaşdıra bilər. Bəzilər fikirləşilər ki, Ermənistan Laçın dəhlizi vasitəsilə öz çirkin əməllərini həyata keçirəcək. Əsla belə olmayacaq. Çünki Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Bu üçtərəfli bəyanatda öz əksini tapıb.

 

- Ermənilər artıq Kəlbəcəri boşaldırlar. İşğal etdiyi ərazilərdə təbiətə zərər vururlar. Kəlbəcərdə boşaldılan evləri yandırıb gediblər...

 

- Ermənilərin təbiətə zərər vurduqlarını bütün dünya görür. Və yəqin ki, bununla bağlı müvafiq təşkilatlar məşqul olacaqlar. Bu vandalizm, ekoloji terrordur. Buna görə də cavab verəcəklər. O ki, galdı evlərin yandırılması, bu bir daha onların murdar bir millət olduğunu göstərir. Mənim 2005-ci il yadıma düşür.  2005-ci ildə  dünya birliyinin təzyiqi altında İsrail dövləti "Fələstinlilərdən birtərəfli ayrılma" planını həyata keçirərkən, bütün yəhudi məskənlərini Qəzza zolağından boşaltdılar. Amma ermənilərdən fərqli olaraq boşaldılan evləri dağıtmadılar, yandırmadılar. Qəzza zolağından çıxarılan iyirmidən çox yəhudi yaşayış məntəqəsinin bütün infrastrukturu, yaşayış binalar yəhudi xalqı tərəfindən xoşməramlı bir jest olaraq fələstinlilərə bağışlanmışdır. Bilirsiz niyə ermənilər Kəlbəcəri tərk edərkən evləri yandırdılar? Çünki o evləri onlar tikməyiblər, onların deyil. O evlərdə azərbaycanlılar yaşayırdı. Amma kəlbəcərlilər heç heyiflənməsinlər. Yaxın bir zamanda onlar üçün yeni evlər tikiləcək və onlar ora köçə biləcəklər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür