“Sirkə nə qədər tünd olsa” misali – BƏS NƏ OLDU, PAŞİNYAN?

11:04 16-11-2020 | icon 473 | Siyasət
“Sirkə nə qədər tünd olsa” misali – BƏS NƏ OLDU, PAŞİNYAN?

Könül İsmayılova: “Bu cür insanlar tutduqları kürsüdən uzaqlaşdırılmalıdırlar”

 

Bu gün Ermənistandakı represiyalar, Paşinyan hakimiyyətinin son akkordlarını dilləndirməkdədir. Amma erməni müxalifətçilərinin də avazı bərbaddır. O qədər bərbaddır ki, dünya susur. Sanki Qərb yalnız Ermənistanda baş verən xaosu, antidemokratiyanı görmür. Və Qərb mediası drijor çubuğunun tərpənişi ilə ritmlənir. Bir sözlə, Ermənistanda diktatura rejimi höküm sürür.

 

Məsələni Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bildirib ki, Ermənistanda Paşinyan rejiminin qurduğu diktatura rejimi müxalifət liderlərinin həbsləri, nümayişçilərə təzyiq və təhdidlərlə davam edir.

 

K.İsmayılova vurğulayıb ki, daim Azərbaycana qarşı qərəz nümayiş etdirən Qərb isə susur:

 

“Xatırlayırsınızsa, Qərb 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş Nikol Paşinyanı isə “demokratik lider” kimi dünyaya sırıdı. Amma baxın bugünkü Ermənistanın durumuna, bu gün demokratiyanın işartıları belə yoxdur. Amma bu gün Ermənistanda baş verənlər Azərbaycanda olsaydı, Qərb ölkələrində bu barədə bəyanat bəyanat dalınca verilərdi. Hanı Qərb mediası, niyə Paşinyanı qarşısına qoyub suallarını vermir? Amma Azərbaycana gəlib Prezidentə qərəzli suallar verirdilər. Cənab Prezidentin də dediyi kimi, sanki jurnalist yox, prokurordular. Feyk məlumatlar əsasında Azərbaycan Prezidentinə deyir ki, sizdə bir nəfər sülh tələb etdiyinə görə həbs edilib. Bu feyk xəbəri əldə əsas tutan Qərb mediası nədən Ermənistanda açıqdan-açığa demokratiyanın boğlumasına göz yumur”.

 

MMP sədr müavini bu gün üçtərəfli bəyanatda göstərildiyi kimi, ermənilərin cədvəl üzrə torpaqlarımızdan çıxarılması məsələsinə də toxunub. Bildirib ki, hətta indiki vaxtda da vandallığından qalmayan erməni Kəlbəcərdəki evlərə od vurur, meşələri yandırır:

 

“Rusiya da, Qərb də sanki belə də olmalıymış kimi susur. Məlumatlara görə, ermənilər torpaqlarımızı minalayıb çıxırlar. Türkün qanına susamış bu vandallar ən son anda da insanlarımızın ölümünə çalışırlar. Ermənidən bundan artıq nə gözləmək olardı ki? Evləri qapı-pəncərəyə, unitaza kimi söküb götürürlər. Rusiyalı jurnalistlərin çəkib yaydığı vidyolardan da görünür ki, evlərə necə od vurub yanmasına tamaşa edirlər. Ümid edirəm ki, heç olmasa bundan sonra dünya qulaqlarını və gözünü açar. Artıq Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Ermənistan bu gün müstəqil Azərbaycanla üz-üzə olduğunu anlamalıdır. Nəinki Ermənistan, Rusiya da bilməlidir ki, bu gün Azərbaycan müstəqil olmaqla yanaşı, həm də siyasi arenada tək deyil”.

 

Belə bir vaxtda rəsmi şəxslərin öz danışıqlarının mahiyyətinə varmadıqlarını, ölkə başçısının apardığı siyasətə qarşı qərəzli fikirlər səsləndirdiklərini təəssüflə vurğulayan siyasətçi xanım bildirdi ki, tezliklə vətən müharibəsi bitdikdən sonra daxildə ikinci cəbhə açaraq, o insanları cəzalandırmaq lazımdır:

 

“Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun erməniyə mədəni muxtariyyət verilməsi, deputat xanımımızın “Ermənistan iqtisadiyyatı çöküb, ondan təzminat almaq önəmli deyil” kimi sərsəm fikirləri ictimaiyyət tərəfindən də birmənalı qarşılanmadı. Soruşmaq lazımdır ki, siz ayınınmı dostusunuz? Təzminat ödəməyə gücləri çatmır, lap yaxşı, əvəzində torpaqlarımızın qalan hissələrini, məsələn elə Zəngəzuru qaytarsınlar. Axı bu cür çıxışlarla erməninin dəyirmanına su tökənlərə bu söz haqqı hardandır? O deputat canını töhmətlə qurtardı, yəqin ki, səfir də geri çağrılacaq. Fikrimcə, bu cür insanlar tutduqları kürsüdən uzaqlaşdırılmalıdırlar”.

 

Könül xanım onu da qeyd edib ki, MMP sədri Hafiz Hacıyev Türkiyə Cumhur başqanı Rəcəb Tayyib Ərdoğana sülhməramlılarını torpaqlarımızda yerləşdirməsi üçün müraciət edib.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu