MMP də namizədini irəli sürdü

13:20 10-02-2018 | icon 656 | Siyasət
MMP də namizədini irəli sürdü

“Adını müxalifət qoyan, Soros Fondundan maliyyələşən bəzi qüvvələr ölkədə müəyyən problemlər yaratmağa cəhd edirlər”.

Versus.Az-ın məlumatına görə, bunu fevralın 10-da Müasir Müsavat Partiyasının Siyasi Şurasının növbədənkənar iclasında partiyanın sədri Hafiz Hacıyev deyib. O, prezident seçkilərinin aprel ayında keçirilməsinin qanunvericiliyə uyğunluğunu deyib:

“Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Azərbaycanın müstəqil xarici siyasət kursu var. Vaxtilə mənimlə birgə hakimiyyətdə olan bugünkü radikal qüvvələr qarayaxma kampaniyası aparırlar. Əli Kərimlinin, Cəmil Həsənlinin seçkilərdə iştirak etməməsi heç nəyi dəyişmir. Mən də müxalifətəm və prezident seçkilərində iştirak etmək niyyətindəyəm”.

Siyasi Şuranın iclasında Müasir Müsavat Partiyasının prezident seçkilərində iştirak etməsi və partiya sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarlar qəbul edilib.

Daha sonra MMP-nin prezident seçkilərində səlahiyyətli nümayəndəsi və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təsdiq edili. Beləliklə, partiyanın ideoloji sahə və mətbuat məsələləri üzrə müavini Könül İsmayılova MMP-nin prezident seçkilərində səlahiyyətli nümayəndəsi, sədrin müşaviri Əli İmanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi seçilib.

Təbirin sonunda H.Hacıyev MMP-nin rayon təşkilat sədrlərinə təşkilatlanma və seçkiyə hazırlıqlarla bağlı tövsiyyələr verib. Partiya sədri vurğulayıb ki, bu seçkilərdə iki güclü namizəddən biri seçiləcək:

“Prezident ya mən, ya da qardaşım İlham Əliyev seçiləcək. Nə olsun ki, namizəd olaraq rəqibik, etiraf etmək lazımdır ki, o, məndən daha güclüdür”.

ARZU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür