“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

14:39 21-09-2018 | icon 207 | Cəmiyyət
“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

Noyabrın 10-da məşhur hindistanlı yoqin və mistik Sadhquru (Sadhguru) Heydər Əliyev Mərkəzində ilk dəfə mühazirə ilə çıxış edəcək. Onun izləyiciləri ilə görüşü “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” (İnner Engineering: Technologies For Wellbeing) mövzusunda olacaq.

 

Heydər Əliyev Mərkəzindən Versus.Az-a verilən məlumata görə, “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” dərin və davamlı şəxsi transformasiyadan keçmək üçün qədim yoqa elmindən əldə edilən hərtərəfli bir sistemdir. Bu, insanın bədəni, ağılı, duyğuları və enerjisini pik nöqtədə, tam harmoniyada birləşdirmə üsuludur, hər hansı bir fiziki hazırlıq və ya yoqa haqda bilik tələb etmir, asanlıqla istənilən həyat tərzinə inteqrasiya etmək mümkündür.

 

Mühazirə zamanı bədən və emosiyalara, insanın daxili enerjisinə müdrikliklə nəzarət etmək vasitələri barədə danışılacaq, auditoriyanın suallarına cavab veriləcək.

Tədbir çərçivəsində Sadhqurunun yeni kitabının imzalanma mərasimi və satışı da olacaq.

 

Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadhquru yoqin, mistik, bestseller müəllifidir, özünü insanların mənəvi və fiziki rifahının yüksəlişinə həsr edib. O, müstəsna xidmətlərinə görə Hindistanın “Padma Vibhuşan” (“Padma Vibhushan”) dövlət mükafatı ilə təltif olunub. Dərin, təsirli və məntiqli çıxışları Sadhquruya natiq kimi beynəlxalq nüfuz qazandırıb. Mövcud problemlər və dünya məsələlərinə dəqiq, qəti baxışı, insan rifahı mövzusuna öz yanaşması olan Sadhquru bir sıra beynəlxalq forumlarda, o cümlədən BMT-nin mənzil qərargahında əsas, Ümumdünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub, TED konfranslarında izləyicilərlə görüşüb. O, Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib. Sadhquru 1992-ci ildə insanların rifahına xidmət edən beynəlxalq İşa Fondunu yaradıb.

Sadhqurunun Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinin biletlərini Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və saytından əldə etmək olar. Biletlərin qiyməti 10, 20, 50 və 100 AZN-dir.

 

Mühazirəçi ingilis dilində çıxış edəcək, Azərbaycan və rus dillərinə isə sinxron tərcümə olunacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yerlə yeksan edəcəklər ki, Azərbaycana qalmasın” - MÜSAHİBƏ

AVMVİB-in təsis etdiyi xatirə medalı Şəhidin anasına təqdim edildi

Deputat türk dünyası şairləri, yazar və aydınlarına çağırış edib

AVMVİB və 713-cü batalyonun döyüşçüləri Qurtuluş Günündə

“Şəhid ailələrindən şəxsi mənafeyi üçün istifadə edənlər var”

Türkmənlərin fikir babasının qızı, milli liderin həyat yoldaşı...

Bakı Beynəlxalq Qadınlar Klubunun 25 illik yubileyi keçirilib

Azərbaycana qızıl hərflərlə yazılan tarix- 15 iyun

 

"Vətənə oğul olanlar" - FİLM

AXCP-də film olayı, yoxsa xəyanət?

Avronun üzərinə Rəsulzadənin şəkli vuruldu

Münasibətlərdə istismar olunmaq

"Füzuli Məmmədovun təcrübəsindən Avropada da istifadə olunmalıdır"

Mənim şəhid əsgər yoldaşım

"Mən səni qızım olasan deyə dünyaya gətirmədim"