Kolumbiyada kütləvi məzarlıq tapılıb


Kolumbiyanın Antokiya əyalətində kütləvi məzarlıq aşkar edilib.
Bununla bağlı “Haber Global” məlumat yayıb.
Bildirilib ki, əyalətin Dabeyba bölgəsində aparılan qazıntılar zamanı 17 nəfərin cəsədləri tapılıb.
Rəsmilər cəsədlərdə güllə izlərinin aşkarlandığını, həmin şəxslərin əlləri və gözləri bağlı şəkildə öldürüldüyünü bildirib.
Qeyd edək ki, ötən ildən bu günə qədər qazıntılar zamanı tapılan cəsədlərin sayı 71-ə çatıb.
Xəbər lenti

Razi Nurullayev bu qaziylə də bağlı "Yaşat"-a müraciət edəcək
Deputat köməkçisi qazimizi ziyarət edib, qayğıları ilə maraqlanıb