AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

15:23 21-09-2018 | icon 188 | Siyasət
AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

İlkin Məmmədov: "Təzyiq göstərmək əvəzinə prezidentliyə sabiq namizədlə görüşsəydi, daha yaxşı olmazdımı?"

 

 

Versus.Az Cebhe.info-ya istinadən AXCP-nin Oğuz rayon təşkilatının sədri İlkin Məmmədovun açıqlamasını təqdim edir:

 

İki gün əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Oğuzda cəbhəçilərlə, eləcə də rayon sakinləriylə görüş keçirdiyini xəbər vermişdik. Bildirildiyi kimi, görüşün baş tutmasına maneə yaradılmış, partiyanın rayon təşkilatının üzvlərinə müəyyən təzyiqlər olmuşdu. Hazırda AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə olan təzyiqlər davam edir. Bu barədə açıqlamasında partiyanın rayon təşkilatının sədri İlkin Məmmədov məlumat verib. O bildirib ki, ailəsi ilə yanaşı rayon cəbhəçiləri yerli hüquq-mühafizə orqanları tərəfindən iki gündür ki, sıxışdırılır:

 

“AXCP sədri Razi Nurullayev Oğuza gəldiyi üçün cəbhəçilər və yerli vətəndaşların iştirakı ilə bir görüş keçirdik. Dünən Oğuz rayon Polis Şöbəsinin əməkdaşları atamı və görüşdə iştirak edən vətəndaşları şöbəyə apararaq onlardan izahat tələb ediblər. Bildirirlər ki, burada qanunsuz tədbir keçirilib. Biz qanundankənar heç nə etmədik. Yığışdıq və danışdıq. Dövlət və dövlətçilik bizim üçün bütün maraqlardan öndə gəlir. Ona görə də yerli hakimiyyət bu kimi görüşlərdə bizə dəstək versə, daha faydalı olar. Oğuzda çox sayda məcburi köçkün yaşayır. “Cümhuriyyət TV” internet televiziyası çəkiliş edərək problemi olan sakinlərdən müsahibə alıb. Amma bununla bağlı da narazılıq yaranıb ki, niyə çəkiliş edilib. Anlamıram, burada nə var ki? Jurnalistə hər kəs problemini danışa bilər və jurnalistin də həmin məsələni ictimailəşdirmək hüququ var. Biz hər hansı problem yaradan deyilik və məqsədimiz cəmiyyətə xidmətdir. İstəyim odur ki, atamı və orada iştirak edən insanları narahat etməsinlər. Çünki görüşün təşkilatçısı və şöbənin sədri mənəm. Mənim telefonum, ünvanım var. Onların əvəzinə mən açıqlama verə bilərdim. Partiyamızın şüarı var ki, biz sivil mübarizə aparırıq”.

 

İlkin Məmmədov əlavə edib ki, rayon təşkilatı olaraq yerli hakimiyyət orqanlarilə hər zaman əməkdaşlığa hazır olublar:

 

“Hər hansı problem yaratmaq niyyətimiz olmayıb. Bundan sonra da istənilən məsələni müzakirə edə bilərik”. 

 

Qeyd edək ki, siyasi təşkilatların görüş və ya tədbirlərinə yerli orqanların şərait yaratması və onlarla əməkdaşlıq etməsi cəmiyyətə daha çox xeyir verə bilər. Bu, cəmiyyətdə qarşılıqlı inam və münasibətin formalaşmasına zəmin yaradar. 

 

“Təzyiq əvəzinə rayon rəhbərliyi Oğuza gələn nümayəndələrlə, prezidentliyə sabiq namizəd Razi Nurullayevlə görüşsəydi, daha yaxşı olmazdımı? Təbii ki, daha yaxşı olardı”,-deyə həmsöhbətimiz vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Ermənistanın Qarabağ iştahı artır

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib