MİLLİ ŞURA VƏ...

02:46 01-03-2018 | icon 893 | Köşə
MİLLİ ŞURA VƏ...

CƏMİL HƏSƏNLİnin zühur etdiyi MİLLİ ŞURA ADLI YURDda yel vurub yengələr oynayır. Hörmətli ƏLİÇİ professor deyəsən eybəcər cəmiyyət kodeksini millətə sırımaq üçün sanki bir vasitəyə çevrilib. MÜXALİF ƏTin timsalında əsrimizin Siyavuşlarının hazırladıqları kütləvi tamaşalarda professor yük daşımasa da, ondan daşıyıcı yük kimi istifadə edirlər. Bunlarla müqayisədə SİYAVUŞ NOVRUZOVGİLsə tappatarapla haqq edərək seçkiyə hazırlaşmaqdadılar. KÜÇƏ PSİXOLOGİYASInın demokratiyaya nə qədər dəxli olduğunu bilmirəm, ancaq bilirəm ki, siyasi qurumun ali məqsədi məhz seçkilər yoluyla hakimiyyət olimpinə doğru irəliləməkdir. Deməli, hər kəs öz potensialı və özünə yaraşan meydanı seçib bu vurhavurda...

BƏSİT SSENARİ, qiymətləndirə bilmək bacarığında olmayan REJİSSOR VƏ REJİSSOR ASİSSENTLƏRİ və bir qarın loxmaya möhtac AKTYOR HEYƏTİ. Xaricin pərvazlandırdığı əl quşlarının civiltisi DƏN ÜÇÜNDÜR, DƏN, yalançı portret cizgiləri və portretdəki yalançı cizgiləri təqdim etməklə ekstaz vəziyyətdə olanların ağızlarının suyunu axıtmayın, bəy kimi yaşayaraq bəy dediyini bəyənməyən bəylər. Sizin kütləvi tamaşalarınız rəhmətlik Konstantin Stanislavskinin təbirincə desək, sıradan bir göstərmədir, yaşama deyil!

Cəmil bəyin mitinq çağırışına hay verən MÜSAVAT VƏ REAL HƏRƏKATININ ÜZVLƏRİnin kimdən ibarət olmaları əslində heç bəlli də deyil. Arif Hacılıyla onun qardaşlarının maraq mövqelərinin Cəmil bəyin çağırışında öz həllini tapmasını sosial göstərici kimi təqdim etmək, yaxud hansısa REALı güc kimi ortya qoymaq lap yumşaq deyilsə, riyakarlıqdan başqa bir şey deyil. O günləri həmin gücü Xocalı soyqırımının abidəsinin ziyarətində də gördük... İqtidarın da, müxalifətin də elektoratı onların qərargahlarına toplaşanlardan artıq deyil, vəssalam...

Sağ olsun bu hakimiyyəti, arada ortaya bir mövzu atıb "ana müxalifət"i bəzi sancılardan azad edir, kütləvi aksiya tərəfdarlarına heç olmasa bir yel-hava dəyər. Milli Şura adlı klub üzvləri sevincək halda bəyan edirlər ki, lətifəsi hörmətli müxalifətçilərdən dönə-dönə uzaq olsun, bəs qoyunumuz oğlan doğub - Müsavat və Real Hərəkatının aDAMLARI da Şura hökumətinin səsinə səs verib. Yəqin Siyavuşgil də deyir ki, qoyma ə, üstümə İrasim gəlir…

Hə, deməli, "real müxalifət"in azadlıq sancısı baş qaldırıb. Zarafat deyil, adamlar seçkini boykot adıyla küçələrə çıxmaq istəyirlər. Bəli, bəli, çıxmaq istəyirlər... Çıxmaqlarına sözüm yox, bəs görək məntiq nə deyir. Məntiq qardaş ərz edir ki, abi bu adamlar BİR DAHA XARİCƏ APAYDIN ŞƏKİLDƏ NÜMAYİŞ ETDİRİRLƏR Kİ, QARDAŞ, BİZDƏ MÜTLƏQ DEMOKRATİYA VAR VƏ BU DA SÜBUTU. Hətta seçkiöncəsi olsa belə, hakimiyyət yenə də heç nəyə baxmadan bizə o mühiti yaradıb. Belə olan halda da həm hakimiyyətin, həm də xaricin torbasının ağzı açılır...

Həəəə, bax əsil siyasət budur: həm hakimiyyəti, həm də xarici razı salmaq. Əsil ŞURA və əsil REALlıq bax budur...

GUYA SEÇKİLƏR PAYIZDA KEÇİRİLSƏYDİ, həmin bu MİLLİ ŞURA OD PÜSKÜRƏCƏKDİ, YER YERİNDƏN OYNAYACAQDI, BÜLLETENLƏR MİLLİ ŞURANIN EŞQİNƏ ÇIRTMA ÇALIB "Tormoz Hüseyn"i süzdürəcəkdi!!! YAPMAYIN! VALLAHİ AYIBDIR, BİLLAHİ AYIBDIR, AMERİKA, AVROPA BİRLİYİ, İRAN, RUSİYA, BP HAQQI AYIBDIR...

Və rəhmətlik Zəlimxan Yaqubun sözü olmasın, deməsəm öllllləm.

Həzrəti Cəmil bəy öz məlum çağırışında buyurur ki, mediya azadlığı boğulur. Ay Cəmil müəllim, sizi and verirəm axtarmalı olduğunuz, ancaq siyasətə qurban verərək unutduğunuz tariximizin səhihliyinə, mənə deyin görüm Azərbaycanda fəaliyyət göstərən hansı mediya qurumu azadlığın boğulmasıyla bağlı bəyanatla çıxış edib, hə, deyin də!? Və bu, necə "mediya azadlığını boğmaq"dır ki, elə tənqid etdiyiniz hakimiyyətdən sizlərə bir köynək yaxın olan samozvanets "mediya generalları" 95 min pulu alıb "öz inkişafı"na xərcləyir, ofislə təmin olunur!!! Nəinki özünə, hətta cəddi əqrəbasına belə jurnalistlər üçün tikilmiş evlərdən pay götürür!?. Yaxud, dediyiniz "siyasi məhbuslar" ölkə başçısı İlham Əliyevə "əfv ərizəsi" yazanda, humanist prinsiplərə söykənməsini dilə gətirəndə siz yəqin dumanlı Albionda olmusunuz və bu tərəfləri yaxşı görməmisiniz?.. Belə olan halda hörmətli bəylər, özünüzdən utanmayacaq dərəcədə böyük olun...

Həmin "siyasi məhbuslar"ın azadlığa çıxandan sonra quzu kimi davranışlarını azmı seyr etmişik!?. Ədil İsgəndərov demişkən, atam, atam, nə oldu, İlham Əliyev əvvəl pis idi, siz türmədən çıxandan sonra yaxşı?

BU BAXIMDAN SİZLƏR İLHAM ƏLİYEVƏ MİNNƏTDAR OLMALISINIZ Kİ, etdiyiniz səhvlərə görə yaşadığınız TÜRMƏ HƏYATI SİZLƏRƏ AVROPADA YAŞIL İŞIQ YANDIRDIĞI KİMİ, HƏM DƏ SİZLƏRİ QURAN TƏƏSSÜBKEŞİNƏ ÇEVİRİR. Dini dar çərçivədə görən sizlər sonradan DİNDAR OLURSUNUZ...

VƏ AY CƏMİL MÜƏLLİM, MÜSAVATLA REALın, Milli Şuranın nədən və kimdən ibarət olmasını çox gözəl bilə-bilə və bunların potensialının (əgər varsa) nədən ibarət olmasını dərk edə-edə nöşün bu qədər yalan danışıb cəmiyyəti aldadırsınız? Bəli, harın məmurların ucbatından ölkədə kifayət qədər problem yaşanmaqdadır, heç kim bunu danmır. Və bu da danılmazdır ki, harın məmurların qusma prosesi də zaman-zaman gerçəkləşir. Ortalıqda dolaşan yalanlar var. Ancaq sizin yalanlarınız hakimiyyətin yalanlarından da beş qatına artıqdır axı. Bir az səmimi olun. CƏMİYYƏTƏ EYBƏCƏR CƏMİYYƏT KODEKSİNİZİ SIRIMAYIN, CƏMİL MÜƏLLİM... MƏHZ SİZİN KİMİ ZİYALILARIN "SAYƏSİNDƏ" CƏMİYYƏTİMİZ UÇURUMA YUVARLANIR. Bilirsiz niyə? Elmi, təhsili olmayan bir cəmiyyətin başına istənilən oyunu açmaq hakimiyyət hərislərinin oyunlarında katalizator təsiri bağışlayırsa, sizin oyunlarınız da bu prosesdə bir katalizatorluqdur. Təhsili qeyri peşəkar qoruqçuların öhdəsinə buraxıb Əli Kərimli adlı bir uşağın arxasınca və istəyincə küçə döyüşünə üstünlük verən ziyalı ziyalı deyil, ziyanlıdır... Və bunu görmək üçün kiminsə zühuruna zatən ehtiyac yox...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür