“Qalib dövlətin qalib rəhbərindən gözlənilən də bu idi”

13:49 24-11-2020 | icon 472 | Siyasət
“Qalib dövlətin qalib rəhbərindən gözlənilən də bu idi”

Könül İsmayılova: “Düşmən bu gün həm döyüş meydanında, həm masada Azərbaycana uduzdu”

 

Dövlət başçısı İlha Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən rayonlarımıza səfərləri davam edir. Bu dəfə onlar Ağdamda oldular. Prezident Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırdı. İyirmi yeddi ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.

 

Ölkə başçısının və birinci xanımın Ağdama səfərini Versus.Az-a şərh edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova bu görüntüləri hər bir azərbaycanlının fəxrlə və böyük sevinclə izlədiyini vurğulayıb.

 

Könül İsmayılova bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhər olan Ağdamdan geriyə bir xarabalığın qaldığından ürəkağrısı ilə danışıb. Bununla yanaşı, bu gün artıq Ağdamı geri aldığımızdan məmnunluğunu ifadə edib. Bildirib ki, Prezidentin də dediyi kimi, tez bir zamanda bu xarabalıqlar yenidən cənnətməkana çevriləcək, yenidən sakinlərinin isti nəfəsiylə, yaradıcılığı, quruculuğu ilə dirçələcək.

 

Dövlət başçısı və birinci xanımın Ağdam məscidini ziyarət etməsini təqdir edən K.İsmayılova qeyd edib ki, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması və Ağdam məscidinin qarşısında çıxış etməsi təqdirəlayiq idi və qalib dövlətin qalib rəhbərindən gözlənilən də bu idi:

 

“Cənab Prezidentin azad edilən rayonlarımızdakı çıxışındakı hər kəlməsi bizləri sevindirir, inamımızı artırır, düşməni isə yerdən-yerə vurur. Qürurla, qalibiyyətlə çıxış edir və xalqını əmin edir ki, bu torpaqlarda düşmənə ikinci Ermənistan dövləti yaratmağa imkan verilməyəcək. Prezidentin çıxışından da bəlli olur ki, tezliklə Azərbaycanın bütün rayon və şəhərlərində iqtisadiyyat güclənəcək. Cənab Prezident çıxışında deyir: Biz Ağdama qayıtmışıq. Bütün ağdamlıları bu tarixi hadisə münasibətilə bir daha təbrik etmək istəyirəm. Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik. Döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin.

Bəli, bax elə bu sonuncu cümlə düşməni yerdən-yerə vurur”.

 

Ölkə başçısının da dediyi kimi, biz bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtmışıq. Biz güc toplamalı idik və toplayırdıq. Mən son 17 il ərzində xalqa müraciət edərkən dəfələrlə deyirdim ki, biz daha güclü olmalıyıq, daha qüdrətli ordu qurmalıyıq. Bu gün dünyada güc amili həlledici rol oynayır. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, güc də bizim tərəfimizdə olmalıdır. Məhz gücümüzün yetərli dərəcədə olmaması nəticəsində Azərbaycan 1990-cı illərin əvvəllərində işğala məruz qalmışdır. Biz güc toplayırdıq, güclənirdik. Mən deyirdim ki, hər gün hər bir Azərbaycan vətəndaşı bu müqəddəs günü, bu zəfər gününü öz əməyi, zəhməti, Vətənə olan sədaqəti ilə yaxınlaşdırmalıdır.

Bəli, məhz cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsidir ki, düşmən bu gün həm döyüş meydanında, həm informasiya müharibəsində, həm masada Azərbaycana uduzdu”.

 

MMP sədr müavini deyir ki, bu gün Azərbaycan yeni tarix yazır:

 

“Bu tarix Prezident İlham Əliyevin çıxışlarından daha aydın öyrənilir. Onun xarici mətbuata verdiyi müsahibələr faktlara söykənir və tarix kitablarına əlavə edilməlidir ki, nəsildən-nəsil ötürülsün. Bu gün Azərbaycan xəritəsi də yeniləndi. Çox istərdim ki, gələcəkdə digər tarixi torpaqlarımızın da özümüzə qayıtması yönündə mübarizəmizi davam etdirək. Bizim torpaqlarımızın qədrini özümüzdən başqa kimsə bilməz. Biz özümüzün olana sahib çıxmalıyıq. Mən inanıram ki, cənab Prezident buna da nail olacaq. O gün uzaqda deyil. Prezident də çıxışında hər dəfə deyir ki, biz ordumuzun döyüş potensialını gücləndirirdik. Çünki tam aydın idi ki, təkcə silahlarla qələbə qazanmaq mümkün deyil. “Bayrağı qaldıran, bayrağı düşmənin mövqeyinə sancan, azad edilmiş torpaqlara sancan əsgərdir, zabitdir. Bizim əsgər və zabitlərimiz aslan kimi vuruşdular. Şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların valideynlərinə Allah səbir versin! Yaralı hərbçilərimiz var, onlar da sağalırlar. Onların bir çoxu artıq sağalıb. Allah onlara şəfa versin! Biz qəhrəman əsgər və zabitlərimiz hesabına qələbə qazanmışıq.

Bəli, cənab Prezidentin də dediyi kimi, bizim böyük qələbələrimiz həm də ordumuzun güclənməsində, qüdrətlənməsində, iqtisadiyyatımzın artmasından keçir.

Eşq olsun Azərbaycan xalqına! Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan zabitinə! Qarabağ Azərbaycandır!”

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin