Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

10:38 23-09-2018 | icon 530 | Cəmiyyət
Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında iştirak etmək üçün Hatayda səfərdə olan millət vəkili Qənirə Paşayeva Hatay, Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan ilə görüşüb.

 

Versus.Az-ın məlumatına görə, görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Yayladağının da Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyən Qənirə Paşayeva bələdiyyə başçısı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və ötən görüşündə də qeyd etdiyi kimi, Yayladağının mərkəzi küçələrindən birinə Azərbaycan adının və mərkəzi parklarından birinə Qarabağ adının veriləcəyinə inandığını deyib və Yayladağı bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

 

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə təbrik edən və Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq, Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət etdiyini deyib. Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını,  hər zaman qardaş Azərbaycanın yanında olduqlarını qeyd etdi.

 

 Millət vəkili Qənirə Paşayevanın Yayladağıda Azərbaycan küçəsi və Qarabağ parkı ilə bağlı təklifini müsbət qiymətləndirdiyini bildirən Yayladağı bələdiyyə başçısı bu təklifə baxıldığını deyib və yaxın zamanlarda Yayladağında Azərbaycan küçəsinin və Qarabağ parkının açılacağını və həmin açılış mərasimlərində millət vəkili Q.Paşayevanı görməyə çox şad olarıq dedi. Yayladağı  bələdiyyə başçısına  Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib.

 

Azərbaycanı çox sevdiyini deyən Yayladağı bələdiyyə başçısı Mehmet Kalkan dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI