ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

13:54 24-09-2018 | icon 518 | Gündəm
ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Bakı şəhərinin infrastrukturun inkişafı, qarşıdan qələn bələdiyyə seçkiləri və ALDP-nin 20 illiyi ilə bağlı təşkilatı məsələlər müzakirə olunub.

 

Versus.Az xəbər verir ki, toplantı iştrakçıları sentyabrın 23-də Bakı şəhərində yağışdan sonra yaranan vəziyyəti müzakirə edərkən, bir daha Bakı şəhər Mer seçkilərinin keçirilməsinin vacib olduğunu bildiriblər. ALDP sədrin müşaviri Füzuli Kərimov deyib ki, Bakı şəhər merinin seçki yolu ilə seçilməsi təkçə Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklə bağlı deyil:

 

"Seçki ona görə keçirilməlidir ki, Bakı şəhər meriyasının öz büdcəsi, özünün icra strukturları olmalıdır, Bakı şəhər bələdiyəsi yaranmalıdır. Bu icra strukturlar müstəqil, heç bir nazirliyə tabe olmamalı, ancaq Bakı merinə tabe olmalıdır. Görülən işlər vahid mərkəzdən idarə olunmalıdır. Seçkilər keçirilsə və yuxarıda qeyd etdiyim məsələlər həyata keçsə, onda Bakı şəhərinin infrastukturun yenidən və düzgün qurulmasına nail olmaq olar”.

 

Toplantı iştrakçıları Bakı şəhər mer seçkilərinin gələn il bələdiyyə seçkiləri ilə eyni gündə keçirilməsilə bağlı təkliflərin hazırlaması və dövlət strukturlara göndərilməsini qərara alıblar.

 

Sonda ALDP-nın 20 illiyin keçirilməsi ilə bağlı bəzi təşkilatı məsələlər müzakirə olunub.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı