APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

16:55 24-09-2018 | icon 83 | KİV
APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

Bir müddət öncə fəaliyyətini dayandıran APA-informasiya Agentliyinin əməkdaşı, tanınmış jurnalist Ramiz Mikayiloğlu Azərbaycan prezidenti İlham Əliyevə və 1-ci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

 
 
Versus.Az xəbər həmkarımızın müraciətini olduğu kimi təqdim edir:
 
 
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub
 
 Cənab Prezident!
 
Həm yazılı mediada, həm APA-da çalışdığım dövrdə illərlə müxbir kimi Prezident Administrasiyasında akkreditasiyada olmuşam. Rəsmi tədbirlərdə prezident Heydər Əliyevin, sonra isə Sizin çıxışlarınızı yazmışam. Dəvət olunmadığımız tədbirlərdə də Sizin çıxışınızı Azərbaycan Dövlət Televiziyasının xəbər buraxılışlarında telekanalın internet saytından izləmişəm və operativ qaydada yazaraq təqdim etmişəm. Bu yazılarla bağlı heç zaman hər hansı bir irad olmayıb. Bu il avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışınızı Azərbaycan Dövlət Televiziyasının internet saytında dinləyib, APA üçün xəbərlər hazırlamışam. Sizin çıxışınızdan xəbər hazırlayarkən həmin məqam internetdə ani donma olub, "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi "Ermənistanı çökdürəcəyik" ifadəsi kimi qeyd olunub.  
 
 
Cənab Prezident!
  
Mən Sizin yürütdüyünüz daxili və xarici siyasəti hər zaman ardıcıl izləmişəm və təqdir etmişəm. Azərbaycan torpaqlarını işğal edən Ermənistana qarşı həyata keçirilən təcrid siyasətində, Azərbaycanın liderliyi illə həyata keçirilən regional layihələrdən Ermənistanı kənarda qoymaqda əsas məqsədin işğalçı ölkəni bütün sahələrdə çökdürmək, işğalçı siyasətdən əl çəkməyə vadar etmək və torpaqlarımızı işğaldan azad etməyə nail olmaq olduğu məlum həqiqətdir.  Bu baxımdan avqustun 1-də Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində Sizin çıxışınızdan xəbər hazırlayarkən həmin məqam internetdə ani donma olan zaman qeyri-ixtiyari "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi əvəzinə onunla sinonim olan "Ermənistanı çökdürəcəyik" ifadəsi qeyd olunub.
 
Xəbərin APA-da dərcindən bir müddət sonra AzərTAC-da Sizin çıxışınızın tam mətni dərc olunub. Mən AzərTAC-da Sizin çıxışların tam mətni dərc olunan zaman ənənəvi olaraq bir daha diqqətlə oxuyuram. Həmin gün də Sizin AzərTAC-da dərc olunan çıxışınızın tam mətnini oxumuşam və hazırladığım yazıda bu ifadə xəbərdə başlığa çıxdığı üçün diqqətimi cəlb edib. Ancaq o anda məndə məhz "Ermənistanı çökdürəcəyik" ifadəsini çıxışda eşitdiyimə bir əminlik olduğu üçün bir daha AzTV-nin internet saytında (Myvideo sistemində arxivdə ) saat 17.00 buraxılışın tapıb, Sizin  çıxışınızı bir daha dinləmişəm. Çıxışınızda "Ermənistanı çökdürəcəyik" deyil, "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi səsləndiyinə əmin olduqdan sonra  redaktordan ifadənin olduğu kimi əvəzlənməsini xahiş etmişəm və ifadə dərhal düzəldilib. Eyni zamanda telefonla "APA Holdinq”ə daxil olan Lent.az saytına da  zəng açmışam, APA-ya istinadən verilən həmin xəbərdə ifadənin dəqiq yazılmasını xahiş etmişəm. Xəbərin rus dilinə tərcüməsində də ifadə dəqiqləşdirilib. Bu müddət ərzində də hər hansı dövlət orqanı tərəfindən APA-ya hər hansı xəbərdarlq olmayıb. Yalnız bundan 15-20 dəqiqə sonra APA-da üzrxahlığı görəndə də təəccüblənmişəm və redaktordan 20 dəqiqə əvvəl ifadə dəqiqləşdirildiyi, həm də "Ermənistanı çökdürəcəyik" ifadəsinin "Ermənistanı daha da sarsıdacağıq" ifadəsinin sinonimi olduğu halda nə üçün üzr üstədiyimizi soruşmuşam. Səbəb olaraq APA-ya istinadən bundan əvvəl həmin başlıqla xəbərin yayıldığı və rus dilinə bu ifadənin tərcüməsinin fikri kobud ifadə etdiyi bildirilib.
 Onlayn mediada çalışan hər bir jurnalist həmkarımız, onlayn mediaya rəhbərlik edən hər bir şəxs yaxşı bilir ki, çıxışların operativ yazılması ilə əlaqədar bəzən sinonim sözlər, ifadələr qeyd edilir, əsas diqqət təhrifə yol verilməməsinə yönəldilir.  
 
 
Cənab Prezident!
 
Mən həmin gün, avqustun 1-dən 2-ə keçən gecə APA rəhbərliyinə bildirmədən Prezident Administrasiyasının saytında Sizə onlayn formada məktub yazmışam, xəbər hazırlanarkən operativlikdən doğan tələskənlikdən qaynaqlanan texniki yanlışlığı üzürlü saymağı xahiş etmişəm. Eyni zamanda vicdanımın rahat olması üçün məsuliyyətin fərdi qəbul edilməsini xahiş etmişəm. Ancaq APA-nın fəaliyyətini dayandırması, ötən dövr ərzində guya bir jurnalist kimi mənim ciddi təhrifə yol verməyim barədə Eynulla Fətullayev, Mehman Əliyev kimi "peşəkarlar”ın şərhləri, yazıları, ittihamları sonda məni bu açıq məktubu yazmaq məcburiyyətində qoydu. Avqustun 1-dən 2-ə keçən gecə APA rəhbərliyinə bildirmədən Prezident Administrasiyasının saytında Sizə onlayn formada yazdığım məktub, o cümlədən sonradan müvafiq araşdırma ilə bağı yazılı izahatım Sizə zamanında təqdim olunsaydı, əminəm ki, Siz APA-nın, o cümlədən bir jurnalist kimi mənim belə əsassız hücumlardan, ittihamlardan qorunmağıma kömək edərdiniz.
 
 
Azərbaycan dili üzrə hansı peşəkar deyə və sübut edə bilər ki, gələcək zamanda "Ermənistanı çökdürəcəyik" və "Ermənistanı daha da sarsıdacağıq" ifadəsi arasında ciddi məna fərqi var? Bu ifadələr keçmiş zamanda işlənsə idi, bəlkə incə məna fərqindən bəhs etmək mümkün olardı. Ancaq gələcək zamanda bu ifadələrin kəsb etdiyi mənalar arasında demək olar ki, heç bir fərq yoxdur. Digər tərəfdən, "Ermənistanı çökdürəcəyik" ifadəsi işğalçı Ermənistana qarşı yürüdülən siyasətin ruhuna zidd olmadığı halda bunun ciddi siyasi səhv olduğu barədə yuxarıda adını çəkdiyim "peşəkarlar”ın fikirləri tamamilə qərəzli və yanlışdır. Hakimiyyətə gəldiyi bir gündən Azərbaycan dövlətinin və hakimiyyətinin ünvanına aşağılayıcı ifadələr dilə gətirən, sarsaqlıq etmək səviyyəsinə qədər düşən Paşinyanın guya sülhpərvər olması Eynulla Fətullayev və Mehman  Əliyev kimilərə haradan məlum idi?! APA-dakı əsas xəbərlərin əksəriyyətini, o cümlədən Sizin çıxışlarınız barədə hazırlanan xəbərlləri istinadsız verərək APA rəhbərliyini təngə gətirən Eynulla Fətullayevin birdən istinadla xəbər vermək mədəniyyəti ortaya qoyması hansı "uzaqgörənliy”in nəticəsi idi? Bir zaman bu hakimiyyəti hansı yolla devirmək mümkün ola biləcəyi barədə "əsər”lər yazan, Xocalı soyqırımı ilə bağlı şübhəli fikirləri ilə məşhurlaşan birisinin ittihamı ilə üzləşmək insanın  vicdanını ağrıdır. 
 
 
Cənab Prezident!
 
Bu gün yaranmış vəziyyət odur ki, APA fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb, mənim jurnalist kimi fəaliyyətimi davam etdirməyim baxımından dözülməz bir şərait yaranıb. APA-da çalışdığım dövrlərdə nəinki  mənə rəhbərlik etdikləri  media orqanlarında çalışmağım üçün daha yüksək maaş vəd edən media orqanlarının rəhbərləri, hətta ciddi nüfuzu olmayan qəzet və saytların rəhbərləri üçün hazırda ən arzuedilməz şəxsəm.
 
 
Mən jurnalistikaya başladığm dövrdən indiyə qədər hər zaman Heydər Əliyev siyasi kursunu, Prezident kim Sizi dəstəkləmişəm, bunu yazılarımda ortaya qoymuşam. 2003-cü ildə prezident seçkiləri ərəfəsində və sonra yazdığım yazıların araşdırılması da bunu bir daha təsdiqləyər. APA-da çalışdığım dövrlərdə də seçkilər də daxil olmaqla, ən həssas siyasi mövzularda yazmışam. 20 ilə yaxın jurnalist fəaliiyyətim dövründə bu hakimiyyətə, Heydər Əliyev kursuna xidmət etdiyim, hər zaman jurnalist kimi peşəkarlığım yüksək qiymətləndirildiyi halda, işğalçı ölkə ilə bağlı bir sinonim ifadəyə görə niyə bu münasibətlə üzləşməliyəm?! Jurnalst kimi fəaliyyətim hər zaman yüksək qiymətləndirilib, jurnalistlər üçün inşa edilən binada mənzillə təmin olunmuşam. Cənab Prezident, buna görə bir daha şəxsən Sizə təşəkkür edirəm. Eyni zamanda 2012-ci ildən gənclər təşkilatının rəhbəriyəm, təşkilatımızın layihələri milli donorlar tərəfindən daim dəstəklənib. Bu layihələrdə Sizin Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində həyata keçirdiyiniz birmənalı və qətiyyətli siyasət təbliğ olunub. Ancaq sinonim bir ifadəyə görə bu gün jurnalist kimi peşəkarlığımın şübhəyə alınmasını, ən əsası etimadıma vurulan zərbənin böyüklüyünü təsəvvür, təsvir etmək çox çətindir. Niyə APA-da çalışmış 200-ə yaxın insanın çörəyinin baiskarı kimi cəmiyyətə təqdim olunmalıyam?! 
 
 
Mən bu gün orta savadı olan bacı və qardaşıma, ali savadlı magistr həyat yoldaşıma, məktəbli övladıma, cəmiyyətin müxtəlif zümrələrinə mənsub tanış və qohumlarıma, jurnalist həmkarlarıma jurnalistikada arzuedilməz şəxsə çevrilməyimə səbəb olan günahımın nədən ibarət olduğunu izah edə bilmirəm. İndiyə qədər həmkarım olan sıravi jurnalistlərdən, yaxud baş redaktorlardan hər hans biri mənə  "Ermənistanı çökdürəcəyik" ifadəsinin "Ermənistanı daha da sarsıdacağıq" ifadəsindən mənaca ciddi fərqləndiyini, fikir ifadəsində təhrifə yol açdığını izah edə bilməyib. 
 
Niyə bu gün  bəzi "peşəkarlar”ın səyi nəticəsində yaradılmış dözülməz şəraitlə əlaqədar bir çox yaxın və tanış insanların mən və ailəmin ölkəni tərk etməkdən başqa seçimi olmadığı  barədə fikirlərini eşitməliyəm?! Mən Azərbaycan üçün nicat yolu olan siyasi kursu dəstəkləyirəm, peşəkar jurnalist fəaliyyətimi davam etdirmək niyyətindəyəm və Vətənimizi tərk etməyi heç zaman düşünməmişəm. APA və mənimlə bağlı yaranmış vəziyyətin fəaliyyətində hər zaman mövcud siyasi kursu, hakimiyyəti dəstəkləyən, hər zaman Azərbaycan dövlətçiliyinə sadiq media orqanları və jurnalistlər üçün də narahatlıq doğuran hal olduğu şübhəsizdir. 
 
  
Hörmətli cənab Prezident və hörmətli  Birinci vitse-prezident!
 
Mətbuat Şurasının susqunluğu ciddi təəssüf hissi doğurmaya bilməz. Hörmətli cənab Prezident və hörmətli  Birinci vitse-prezident, Siz isə  mətbuatın və jurnalistlərin etibarlı dostu olduğunuzu hər zaman təsdiqləmisiniz. Mən Sizdən Azərbaycanda özəl agentliklər arasında xarici ölkələrdə və ölkəmizin regionlarında bürolara malik yeganə və ən çevik agentlik olan, informasiya savaşına mühüm töhvələr verən APA və mənimlə bağlı məsələni nəzarətinizə götürməyinizi xahiş edirəm. İnanıram ki, bu, yaranmış ədalətsiz vəziyyətin aradan qaldırılmasına yardımçı olacaq. 
 
 
Mənim üçün vicdanımın tələbi olan bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram. Azərbaycanda media sahəsində APA kimi bir dəyərin yaşadılması və bu dəyəri yaradan jurnalistlərin qorunması üçün...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

SƏM milli dövlətçilik tərəfdarlarını təmkinli davranmağa çağırıb

"Müstəqilliyimizi necə qazandıq?" - AXCP-də MÜZAKİRƏ