"Fransanın buradakı səfiri qovulmalı, bizim səfir geri çağrılmalıdır"

23:25 25-11-2020 | icon 617 | Siyasət
"Fransanın buradakı səfiri qovulmalı, bizim səfir geri çağrılmalıdır"

Hafiz Hacıyev: "Paşinyanı iti qovan kimi qovduğumuz kimi, onları da qovmaq lazımdır"

 

Azərbaycanda Fransa səfirliyinin önündə aksiyaların keçirilməsinə start veriləcək.


Versus.Az xəbər verir ki, bu barədə Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib.

 

Partiya sədri qeyd edib ki, təcili olaraq Fransanın buradakı səfiri qovulmalıdır, bizim səfir geri çağrılmalıdır:

 

"ATƏT-in Minsk qrupuna daxil olan dövlətin belə bir qərar qəbul etməsi yolverilməzdir. Bu qrupdan imtina etmək lazımdır. Çünki, artıq "qırmızı xətt" keçilib. Fransanın Azərbaycanda nə qədər şirkəti varsa, hamısı əllərindən alınıb, embarqo qoyulmalıdır. Paşinyanı iti qovan kimi qovduğumuz kimi, onları da qovmaq lazımdır".

 

H.Hacıyev MMP olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilməsini müzakirə edəcəklərini vurğulayıb:

 

"Lazım olarsa, ardıcıl olaraq Fransanın Azərbaycandakı səfirliyi qarşısında aksiyaları keçirəcəyik. Azərbaycan cəmiyyəti bir olaraq dövlətin, ölkə başçısının yanındadır!"

 

Qeyd edək ki, Fransa senatı ölkə hökümətini qondarma "Dağlıq Qarabağ Respublikası"nı noyabrın 25-də tanımağa çağıran qərarı qəbul edib. Bu barədə məlumatı "TASS" yayıb. Səsverməyə qatılan 306 senatordan 305-i qərarın qəbul edilməsinə səs verib. Fransa Xarici İşlər Naziri Baptiste Lemoine bildirib ki, qondarma respublikanın tək tərəfli tanınması kimsəyə fayda verməyəcək.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol