Deputatın kömək etmək istədiyi ailədən xəbər var

11:13 26-11-2020 | icon 1021 | Cəmiyyət
Deputatın kömək etmək istədiyi ailədən xəbər var

Ailədə hər uşağa 18 yaşınadək ayda 50 manat veriləcək

 

Bir müddət öncə millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Hacırüstəmli kəndindən olan körpələrlə şəklini paylaşmışdı. Hansı ki, o uşaqların ataları Asim böyük qəhrəman olub. Həmin uşaqların güzəranı, yaşamı ilə bağlı millət vəkilindən xoş xəbər var.

 

Versus.Az xəbər verir ki, millət vəkili Razi Nurullayev bu ailəyə kömək üçün ta başından çox çalışdı, çox aidiyyəti idarələrə, səlahiyyətlilərə müraciətlər etdi.

 

Bu gün artıq həmin ailəyə həm dövlət, həm də vətəndaşlar tərəfindən kifayət qədər köməklik olunub. Bununla bağlı millət vəkili özünün şəxsi “facebook” hesabında paylaşım edib:

 

“Bir şad xəbəri demək istəyirəm ki, bu ailənin hər bir körpəsinə 18 yaşına kimi ayda 50 manat veriləcək. Aylıq 200 manat. Birinci ayı üçün 500 manat verildi. İldə isə bir neçə dəfə baş çəkiləcək və ehtiyacları, qayğıları dinləniləcək, onlara lazım olan əşyalar alınacaq”.

 

R.Nurullayev bu xeyirxah işdə onun səsinə səs verən Qədir-Xum restoranının sahiblərindən biri olan Hacı İltifata təşəkkürlərini ifadə edib:

 

“Gözəl xeyriyyəçi dostum Hacı İltifata təşəkkür edirəm. Hacı İltifat Qədir-Xum restoranının sahiblərindən biridir. Bu, mənim üçün bir bayramdır, həqiqətən.

Dövlət öz yerində, amma bütün imkanlı şəxslər gərək bizim şəhidlərimizin ailə üzvlərini, körpələrini tək qoymasınlar”.

 

Millət vəkili qeyd edib ki, çox vacib bir təklifi də var və yaxın zamanlarda həmin təklifləri Baş nazirə göndərəcək.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...