"Fransanın siması bir daha açıldı"

11:31 26-11-2020 | icon 247 | Siyasət
"Fransanın siması bir daha açıldı"

"Belə qərəzli qərarlar dünyada sivil dövlətlərarası nizamı pozur və xalqlar arasında nifaq salır"

 

"Fransa Sünatı dünən öz həqiqi sifətini bir daha göstərərək, tövsiyyə xarakterli olsa da qondarma “Arsax” rejimini tanıdı. Azərbaycan Ordusunun işğalçı erməni rejimi və onun quldur hərbi bandaları üzərində çaldığı rəşadətli qələbə və cəbhədəki zəfərlər ağır daş olub, hələ yavaş-yavaş neçə-neçə erməni himayədarlarının başlarına düşəcəkdir!"

 

Versus.Az xəbər verir ki, bu barədə "facebook" hesabında professor Əli Həsənov paylaşım edib.

 

Ə.Həsənov hesab edir ki, görünür, Azərbaycan dövlətinin rəsmi cavabı özünü çox gözlətməyəcək və yəqin ki, qardaş Türkiyənin nümunəsi ilə biz də Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirəcəyik:

 

"BMT TŞ-nın və ATƏT-in Minsk Qrupunun üzvü olan və beynəlxalq sülhyaratma proseslərində tez-tez “tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürən bir ölkənin Makron adlı Prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, ardından da bu ölkənin Senatının belə ədalətsiz bir qərar qəbul etməsi bundan sonra dünyada neçə-neçə separatçı hərəkatlara və milli-etnik qarşıdurmalara yol açacaq... Belə qərəzli qərarlar həm də dünyada sivil dövlətlərarası nizamı pozur və xalqlar arasında nifaq salır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi