Prezidentin ermənilərə son şans bəyanatı

16:00 27-07-2023 | icon 581 | Siyasət
Prezidentin ermənilərə son şans bəyanatı

Aydın Hüseynov: “Separatçılar Qarabağdakı erməniləri xunta maraqları naminə istismar edir”

 

Qarabagda yaşayan etnik ermənilərin Azərbaycana reinteqrasiya prosesi ilə bağlı aparılan danısıqlar hələ də müzakirə mövzusu olaraq qalır. Azərbaycan dövləti yüksək tribunadan çıxış edərək ərazisində yaşayan erməniləri separatçılığa son qoyaraq ölkənin qanunlarına tabe olmağa çağırıb və yalnız bu halda onlara Azərbaycan vətəndaşları olaraq sülh və təhlükəsizlik şəraitində yaşamaq təminatı verir. Lakin mülki ermənilər separatçı rejimin təsiri altında hələ də dialoqdan yayınır. Buna baxmayaraq, Azərbaycan ərazisində yaşayan azsaylı ermənilərin sülh, reinteqrasiya prosesindən yayındıran səbəblər, dialoqa maneə törədən məsələlərin aradan qaldılması ölkə başçısının son bəyanatında bir daha öz ünvanlarına çatdırılmış oldu. Prezidentin Şuşa Forumunda mülki erməniləri bir daha dialoqa çağırması erməni əhalisi üçün son şans ola bilərmi və ermənilər bu bəyanatı necə dəyərləndirməlidir?

 


Milli Məclisin deputatı Aydın Hüseynov açıqlamasında bildirib ki, rəsmi Bakı hər zaman -“Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdırlar və onlar cəmiyyətimizə inteqrasiya olunmalı, Azərbaycan qanunları ilə yaşamalıdır. Onlar eyni zamanda, Azərbaycan vətəndaşları kimi bütün hüquqlardan istifadə edə bilərlər” deyə bəyan edir.

“Prezidenti İlham Əliyev Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyib. Onu da vurğulayım ki, proses qarşılıqlı olmalıdır. Yəni Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması ilə bağlı proses başladılıb, Qayıdış Konsepsiyası təsdiqlənib”.

 

Deputat eyni zamanda respublikamızın dünyaya tolerantlıq, multikulturalizm nümunəsi göstərdiyini qeyd edib:

“Ölkəmizdə milli-dini ayrı-seçkilik yoxdur. Burada ayrı-ayrı xalqların nümayəndələri yaşayırlar və bütün hüquqlardan istifadə edirlər. Azərbaycan Qarabağda erməni əhalisinin yaşamasında da hər hansı bir problem görmür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi davranılacaq. Təəssüf ki, Ermənistan rəhbərliyi Azərbaycan tərəfindən təqdim olunan beş prinsipdən ibarət sülh paketini qəbul etdiyini bildirsə də, faktiki olaraq əks addımlar atmağa üstünlük verir. Buna baxmayaraq, sülh prosesinin danışıqlar yolu ilə irəliləməsində ölkəmizin dəyişməz iradəsi ortadadır. Azərbaycan vasitəçilərin səyləri ilə aparılan danışıqlarda fəallıq nümayiş etdirir. Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Hər halda, əmin ola bilərlər ki, onların yaşayışı, Azərbaycan cəmiyyətinə inteqrasiya edilmiş yaşayışı indiki yaşayışdan qat-qat yaxşı olacaqdır. Onu da bildirim ki, hazırda Xankəndidə və digər ünvanlarda yaşayan ermənilərin məşğulluğunun təmin olunmasında ciddi problemlər yaşanır”.

 

A.Hüseynov ölkə başçısı, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Qarabağdakı ermənilərə rəhbərlik edən rejimi, “xunta rejimi” adlandırmasına və inteqrasiya məsələsində bu amilin maneə olduğunu qeyd etməsinə diqqət çəkib:

 

“Prezident açıq şəkildə bildirmişdi ki, özlərini ərazi rəhbəri adlandıran separatçılar Qarabağdakı erməniləri xunta maraqları naminə istismar edir və ya əsir götürüblər. Qeyd edim ki, bu vəziyyətə Azərbaycan dövləti seyirci qala bilməz. Azərbaycanın tələbi odur ki, qanunsuz silahlı dəstələr ərazilərimizdən tam şəkildə çıxarılsın. Ermənistan bunu öz xoşu ilə etməlidir, əks halda Azərbaycanın digər vasitələrə əl atmaqdan başqa yolu qalmayacaq. Prezident İlham Əliyevin Şuşada çıxışı zamanı səsləndirdiyi fikirlər də rəsmi Bakının suverenliyinə təhdid yaradan separatçılara aman verməyəcəyini bir daha təsdiqlədi. Biz Qarabağdakı erməni azlığının hüquqları və təhlükəsizliyinə əməl etməklə Konstitusiyamız çərçivəsində və Azərbaycanda bu məsələlərin necə həll edilməsi üzrə xeyirxah təcrübə çərçivəsində yenidən inteqrasiya yolu ilə irəliləməyə hazırıq”, - dövlət başçısı bildirdi və bununla da Xankəndidə mərkəzi hakimiyyətin bərpa edilməsinə, erməni əhalisinin reinteqrasiyasının həyata keçirilməsinə qədər prosesin davam edəcəyi ilə bağlı son nöqtəni qoydu”.

 

A.Hüseynov regionda sülhün və dialoqun qarşısında dayanan səbəblərə diqqət çəkib. Bildirib ki, Azərbaycan hər zaman münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparıb və aparır:

 

“Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Hazırda Qarabağ məsələsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar yenidən fəallaşıb. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir. Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Bu da region üçün heç müsbət şeylər vəd etmir. Onu da vurğulamaq lazımdı ki, sadə ermənistan əhalisinin böyük əksəriyyəti də Qarabağın Azərbaycanın tərkib hiasəsi olaraq qəbul edirlər və anlayırlar ki, illərdir "Böyük Ermənistan" adlandırdıqları ideologiya eyforiyadan başqa bir şey deyil. Bunu son günlər Ermənistanın paytaxtında keçirilən sözdə "Qarabağa azadlıq" mitinqlərində də görürük. Yerli mediadan görünür ki, aksiya iştirakçı çox azsaydadırlar və hətta kənardan keçən vətəndaşlar da iştirakçıları qınayırlar. Onlar mediaya müsahibələrində keçirilən aksiyanın mənasız adlandıraraq bildirirlər ki, nəinki Ermənistan, Rusiya, ABŞ və hətta bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi qəbul edir. Bu, ermənilərin Qarabağda yaşamaq hüququnu əldə edə bilməsi üçün son şansları ola bilər”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı