"Prezident Kəlbəcərin də müjdəsini verdi, o da azaddır!"

14:15 26-11-2020 | icon 665 | Siyasət
"Prezident Kəlbəcərin də müjdəsini verdi, o da azaddır!"

Tənzilə Rüstəmxanlı: “Prezidentin xanımı ilə Məscidə ayaqyalın daxil olması bizim üçün qürurverici bir tablodur”

 

“Ölkə Prezidentinin xanımı ilə bərabər azad olunmuş o torpaqlara etdiyi ardıcıl səfərləri dövlətin öz torpağına sahiblənməsinin ifadəsi, dünyaya verilən bir mesajdır. Prezident bu səfərlərlə bir daha bəyan etdi ki, artıq Qarabağ Azərbaycandır! Dünyaya mesaj verilir ki, erməni vandalizmi nəticəsiində dağıdılmış, viranə qoyulmuş, məhv edilmiş o torpaqları yenidən dirildəcəyik, yenidən quracağıq”.

 

Versus.Az xəbər verir ki, bunu Türk Qadınları İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı Prezident İlham Əliyevin Ağdam səfəri çərçivəsində dünyaya verdiyi mesajlar və Kəlbəcərin azadlığı, dünyanın hazırki reaksiyalarının nədən ibarət olması ilə bağlı açıqlamasında bildirib:

 

“Prezident bütün səfərləri zamanı hadisələr barədə geniş məlumatlar verir, ermənilərin törətdiyi dağıntıları əyani göstərirdi. Xudafərin körpüsünə edilən səfərlərində, eləcə də digər azad olunmuş tarixi ərazilərimizdə olarkən o yerlərin bizim üçün necə müqəddəs, əziz olduğunu göstərirdi. Xüsusilə, məhv edilən şəhərlərimizdə erməni vəhşiliyinin simasını ifşa edirdi. Bu rayonlarda heç nə qalmayıb. Biz onu yenidən bərpa edəcəyik. Dünyaya verilən ən əsas mesaj da bu idi ki, bu torpaqlar heç vaxt erməninin olmayıb və ola da bilməz. Olsaydı, o torpağı belə xaraba qoymazdılar. Bizim qaçqınlar evlərindən çıxanda evlərinin qapısını bağlayıb çıxmışdılar, amma bunlar gedərkən evləri yandırır, ağacları kəsirdilər. Çünki geri qayıtmayacaqlarını bilirlər, mülkü oğru olduqlarını bilirlər”.

 

T.Rüstəmxanlı törətdiyi cinayətlərə baxmayaraq bu gün ermənilərin aksiyalar keçirərək, Azərbaycan torpaqlarına Ermənistan vətəndaşları kimi qayıtmaq istəklərini ifadə etmələrini düşmən tərəfin növbəti cəfəngiyyatı adlandırıb. O, bunun absurt adlandırıb:

 

“Bu mümkün deyil. Sən bu qədər cinayətlərdən sonra, yandırdığın, yıxdığın yerlərə necə qayıda bilərsən?! Çox zaman ermənilər gedib yalançı təbliğat qururlar ki, guya o yerləri  azərbaycanlılar viranə qoyub. Yəni erməni yalanları bitmir. Əslində Prezident bizim millətin cəsarətini də göstərdi, ermənilərin vandal simasını da. Prezidentin, bizim digər mədəniyyətlərə dinlərə münasibətimiz də göstərdi. Azərbaycan ən müxtəlif dinlərin qovuşduğu, azad fəaliyyət göstərdiyi ən tolerant ölkədir. Müxtəlif xalqların mehriban yaşadığı ölkədir Azərbaycan. Bakıdakı erməni kilsəsi də qorunur. Amma biz işğal olunmuş ərazilərimizdə məscidlərimizin necə dağıdıldığının şahidi olduq. Məscidlərdə donuz saxlamaq yalnız o xislətli erməniyə aid olan bir xarakterdir”.

 

T.Rütəmxanlı Prezidentin Ağdama səfərində ən çox duyğulandığı məqam kimi xanımı Mehriban Əliyeva ilə birlikdə Məscidə daxil olarkən soyuq daşın üzərinə ayaqyalın qədəm qoymalarını qeyd edib. Bu bizi qürurlandıran tablodur:

 

“Bu dinimizə olan sayqıdır. Prezidentlə xanımının Məscidə, o quru torpağa ayaqyalın girmələri bütün dinlərə olan sayqının nümunəsidir. Ermənilərin isə heç öz dinlərinə hörmətləri yoxdur. Öz dininə hörmət edən millət, başqasının ibadət yerini mundarlamazdı. Bu gün o torpaqlarda gəzmək təhlükəlidir. Amma bizim Prezident öz xanımı ilə birlikdə çıyin-çiyinə o yerlərə səfər edirsə, bu bizim üçün çox əlamətdar görüntülərdir”.

 

T.Rüstəmxanlı bildirib ki, bu gün istər sülhməramlıların Xankəndidə nəzarətsiz fəaliyyəti, ermənilərin köçü, eləcə də Minsk Qrupunun yenidən geridə qoyulan “status-kvo” məsələsini gündəmə gətirmə cəhdləri ilə bağlı Azərbaycan ictimaiyyəti tərəfindən tutarlı cavabı verilib və bundan sonra da veriləcək:

 

“Biz o 44 günlük müharibədə əslində hansı əzmdə olduğumuzu göstərdik. Eyni zamanda, Prezidentin xarici mediaya verdiyi müsahibələri hamımz dinlədik, əslində onlar dünya ictimaiyyəti üçün bir tarix dərsi idi. Prezident onlara mədəniyyət dərsi, siyasət dərsi keçirdi. Kimlərin nə deməsindən, istəməsindən asılı olmayaraq torpaqlarımıza sahib çıxmaq, ermənilərin o vandalızmini göstərmək, o torpağın, daşın bizim üçün çox müqəddəs olduğunu bildirməkdir. Prezident əslində ermənilərin xaraba qoyduğu o torpaqlara gedərkən torpaqlarımızın daşına belə necə məhəbbətlə, sevgi ilə yanaşdığını göstərdi. Prezidentin, Mehriban xanımın üzlərindəki vətən sevgisi əsl həqiqətləri dünyaya nümayiş etdirdi. Biz bu gerçəkləri dünyaya çatdırmalıyıq. Biz nə erməni kimi yalandan tarix uydurmuruq, nə də başqasının torpağında gözümüz yoxdur. Tariximiz də, mədəniyyətimiz də göz önündə. Biz savaşımızı da əxlaqlı apardıq. Azərbaycan xalqı indi də o savaşında və gerçəkləri dünyaya göstərə-göstərə haqqımızı müdafiə etməkdir”.

 

T.Rüstəmxanlı hesab edir ki, belə bir ərəfədə nə qədər dünya ictimaiyyəti məlumatlandırılsa da, dünya xalqlarının erməni vandalizmindən xəbər tutması, erməni xarakterini bilməsi üçün bu işdə ictimai təşkilatların, diasporaların ardıcıl şəkildə xarici QHT-lərlə əlaqəli şəkildə işləməsinə ehtiyac var. O, diaspora təşkilatlarının, eləcə də üzvü olduğu Avropa Azərbaycanlıları Konqresinin mühribə gedən ərəfədə çox güclü fəaliyyət göstərdiyini qeyd edib:

 

“Azərbaycanda bütün cəbhələrdə savaş getdi. Azərbaycan xalqının hər biri öz cəbhəsində əsgər idi və hələ də o savaş davam edir. Amma biz bu gün əsas zəfəri qazanmışıq, əsas Qarabağı qazanmışıq. Yerdə qalanlar, o Türkiyə türklərin bir gözəl sözü var: əgər məsələ vətənsə, gerisi boşdur. Torpağımızı qazanmışıq. Rus sülhməramlı missiyası da onların iç üzünü gördü. Türkiyə sülhməramlıları ora gəlir. İstəyir qəbul etsinlər, istəyir etmsinlər. Bu illər ərzində biz bir şeyi gördük - beynəlxalq hüquq güclünün yanındadır. Və biz öz gücümüzlə torpağımızı azad etdik”.

 

T.Rüstəmxanlı Kəlbəcərin işğaldan azad olunacağı müjdəsini də prezidentin verdiyini dedi:

 

“Bu gün Kəlbəcər də azad olundu. Əsas olan odur ki, strateji əhəmiyyəti olan şəhərlərimiz bizim əlimizdədir. Bu gün, Kəlbəcərin də müjdəsi verildi. Gözümüz aydın! /hafta.az/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF