ŞƏHİDLİYİMİZİN APREL TEZİSLƏRİ

09:27 26-09-2018 | icon 72 | Köşə
ŞƏHİDLİYİMİZİN APREL TEZİSLƏRİ

ƏHDİ KƏSİLMİŞLƏRİN VƏTƏNDƏ QÜRBƏT HƏYATI

 

 

İGİD TEYMURLU

 

Bağışla məni, Vətən! Mən bu halımla, bu acılarımla, bu ağrılarımla heç zaman və heç yerdə Səni təmsil edə bilmərəm. Çünki Sənin surroqat uşaqların Səni ruhən sevənləri diriykən ölü halına salıblar, Səni sevdiyimiz üçün bizə Vətəndə qürbət həyatı yaşadıblar. Canını Sənə fəda edən Oğlanlara bu gün basdırılmaq üçün bir qarış torpağı qanı bahasına satırlar, ol səbəbdən də Vətəni sevən Oğlanlar öz Sevgilərini içlərində dəfn ediblər. İndi BİZ özümüz boyda qəbiristanlıq olmuşuq, bəslədiyin surroqat uşaqlarınsa goreşən, qatil timsalında bu qəbiristanlıqda dolaşmaqda, bu qəbiristanlığı kaftar yığnağına çevirmədədilər!!!...

 

Məmur harınlığı milləti o kökə salıb ki, Şəhid Qanı, Əlilin göydə qıy vuran Kəsik Qolu, Kəsik Qıçı qazanc mənbəyinə çevrilib. Dəyərlər tapdalanıb, dəyərsizləşməni dəyərə çevirirlər tok-şoularla. Televiziyalar bir yandan “inkişaf etmiş ölkə” tapıntısınəı ortaya qoyur, başqa bir yandansa çarəsizlik sindromuyla üz-üzə qalan minlərə insanın halına dərman tapmaq üçün dövlətə deyil, vətəndaşın özünə əl açıb dilənir. Lotu-lotuyana deyin görək: bu, bir qeyri-peşəkarlıqdır, yoxsa publisistik biclik?

 

30 ildir ki, bu millətin bir milyonunu ƏLƏBAXIMLILIĞA öyrətməklə digər kateqoriyadan olan İnsanlarımızı da labirintdən çıxış yolunu  arayanda “keşgə biz də qaçqın, məcburi köçkün, əlil olaydıq” formatındakı dəhşət saçacaq istəklərdə bulundururlar!

 

Məmur harınlığı ucbatından Azərbaycan İnsanı az qala ermənidən görmədiyi zülümlə öz yurdundaca qarşılaşmaqdadı!!!

 

Coğrafi baxımdan ərazimizin bir qismi erməni tapdağı altındadırsa, ancaq bizdən olmayanlar bütövlükdə ruhumuzu yağmalayıblar.

 

Bu məmləkətdə Quran da, Konstitusiya da, Bu Kitablarda təsbit olunan ayələr də, maddələr də, hər şey daha çox görüntü səviyyəsindədi.

Nənəm demişkən, “görkü gözəl, dımbılı boş insan”amı güvənəcəksən, Vətən? Təpiyi boğazına dirədiyin xalqamı, qul bazarlarında əməyi, şərəfi, ləyaqəti alçaldılan insanamı, Sənə əsgər doğacaq hamilə Anaların qul bazarlarında ah-zarınamı, reabilatasiyaları üçün lazım olan paraları ralli, malli yarışlarının şampanda çimən düdüklərinə, quşbaz müsəlmanların oyunlarına xərclədiyin AUTİST UŞAQLARın boynubükük valideyinlərinin gözü qarşısındaca ömür boyu bu sindromdan əziyyət çəkməklərinəmi güvənəcəksən, Vətən!?

 

Sənin köməyinə çatacaq  bu gün səsini eşitmədiyin, halını görmədiyin, problemlərinə şərik çıxmadığın dərdləriylə baş-başa qalan İNSANLAR olacaq? Və olacaqmı!? Bizdən olmayanların əməllərinə göz yummağın axı Bizi Səndən iyrəndirir, bununmu peşindəsən?!

 

Artan yol pulu, artan qaz pulu, artan işıq pulu, artan su pulu, artan benzin pulu, ərzaq məhsullarının qiymətinin istənilən anda və istənilən formatda qalxması, idarə və təşkilatlarda olan dərəbəylik, rəhbər strukturlarda olan qohumbazlıq, baş alıb gedən ......LIQ, baş alıb gedən ......LİK, günbəgün artan intiharlar, sayı durmadan yüksələn boşanmalar və daha nələri, nələri doğrudanmı yuxarı eşalonda görən yoxmu!? Axı texnologiyanın inkişaf etdiyi indiki dönəmdə klaviaturanın bircə düyməsinin təpəsinə döyəcləməklə bütün bu rəzilliklərdən hali olmaq mümkündür!!!... 

 

Və bugünkü Azərbaycanın içində baş verənləri erməni etməyib, bizim öz “AZƏRBAYCANLILAR”ımız, öz “bakinets”ləriiz, öz “yerazlar”ımız, öz “krazlar”ımız, öz “qarabağlılar”ımız, öz “ölüyuyan cənublular”ımız, öz “şirvanlılar”ımız edib. Və guya ki, öz “naxçıvanlılarımız” etməyib həəə!!!!???

 

Bəli, biz Qaz Ölkəsinin Qaz vətəndaşlarıyıq: yolun nə qədər istəyirsiniz, yolun bizləri!!! Tapdalayın dəyərlərimizi, qırın bizləri,...bəlkə tərsinə başa düşdünüz ki, biz də qurtula bilək!!!

 

Yetər ki, özümüz aldadırıq. Bu gün problemli kreditin içində boğulan millətə, bir qarın çörəkdən ötəri yazılası mümkün olmayan hallarla gününü itələyənə, xəstə övladıyla baş-başa qalan biçarə ataya, biçarə anaya, filan, filan şeylərə sürüklənən Vətən övladına nə Qarabağ lazımdı, nə Dərbənd, nə Təbriz, nə İrəvan!!!

 

Qos-qoca torpağını itirən millət bu gün torpağın deyil Начало формы36 manatın davasını edir!!!

Elə bil bu millət əhd edibmiş ki, ay Allah filan şey olaydı, bir ağ günə çıxaydıq!!! Şəhid Anasının “inşəAllah siz də erməninin gülləsinə tuş gələrsiz” deməsi adamın matını-mutunu qurudur!!!! Millətin böyük bir kəsimi olub “Aprel Şəhidi”, “Aprel döyüşçüsü”!!! Minnətlər göyə yüksəlir, məmləkət insanıyla birgə ayaqlar altında qalır!!!!  Şəhidliyimizin Aprel tezisləri həm də gerçək simamızdır....

 

Rəhmətlik Mübariz İbrahimovun adı dillər əzbəri olub, hər kəs Onun atsını, evini yad edir, yardımda bulunur, ama Mübarizimizin nəşini Azərbaycana gətirən, indisə sümüyü çürüməkdə olan Vətən Fədaisini yada salan yox! Mübarizin atasının yanına getməyi moda çevirənlər heç o ADAMIN ADINI belə bilmirlər. Veteran, əlil birliklərinin başçılarının başı qaz vətəndaşlara aminazin təsirli həb verməyə qarışıb.

 

Qaçqını deputat, Vətən Fədaisi işsiz, gücsüz, qürbətdə ömür çürüdən, haqqı tanınmayan məmləkətim!

Vətəndaşına sahib çıxa bilməyən Vətən, yetmədimi qara durnalar tək yumurtadan çıxan kimi bir-birimizin başımıza döyəcləməyimiz!?

 

Yetmədimi bizdən olmayanların istəyincə bu taleni Bizə yaşatmağın!?...

Bu suallar çox yordu bizi. Yorulan Biz, Əhdi kəsilmişlərin dərdinə şərik olmayanlarsa sizlərsiniz...Bezmədinizmi bu susmaqdan!? Kimi və nəyi gözləyirsən, Vətən!?...

 

Bağışla məni, Vətən! Mən bu halımla, bu acılarımla heç zaman və heç yerdə Səni təmsil edə bilmərəm. Çünki Sənin surroqat uşaqların məni və mənimkiləri diriykən ölü halına salıblar. Mən Sənə olan Sevgimi içimdə dəfn etdim. İndi mən özüm boyda qəbiristanlığam, Sənin surroqat uşaqlarınsa goreşən, qatil timsalında Sənə olan sevgimi içimdəcə öldürürlər - Kaftar yığnağına toparlanmaq üçün....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Millət vəkili AŞPA-da mədəniyyətlərarası dialoqla bağlı suallar səsləndirib

Himnimizə münasibət – FLƏŞMOB

“Məni agentlikdə ittiham etməklə...”

“Müxalifət şou göstərisindədir hələ ki” - MÜSAHİBƏ

Yalnız möhürü və katibəsi olanlar

Partiya sədrindən nazirə açıq məktub

Professor Qara Mustafayevlə vida mərasimi keçirilib

Bu ittihamlar hakimiyyətin əlinə oynayır - ALDP BƏYANAT yaydı

Mühacirət müxalifəti üzərindən oynanan oyunlar

"Hamıya silah paylanacaq"

"Bu suala cavab verməyə çətinlik çəkirəm"

Bu avtobuslarda pulsuz "Wi-Fi" olacaq

Tıxaca səbəb olan sürücülərə müraciət edildi

"Daha güzəştlik heç nə qalmayıb"

“Instagram”dan yeni funksiya