“Futbolda belə hallar olur”

10:27 27-11-2020 | icon 518 | İdman
“Futbolda belə hallar olur”

“İtkilərimiz var idi. Amma futbolçularımdam razı qaldım. Qalib gəlmək üçün hər şeyi etdilər. Amma nəticədə məğlub olduq. Futbolda belə hallar olur”.

 

Versus.Az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I qrupunun IV turunda Türkiyədə “Sivasspor”a 2:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

 

48 yaşlı mütəxəssis qələbə münasibətilə rəqibi təbrik edib:

“Sivasspor”un təcrübəsi daha çoxdur və fürsətlərdən yararlandılar. Yaxşı oynadılar və qələbə qazandılar. Məğlubiyyətə üzülürəm, amma rəqibi təbrik edirəm. Onlara digər matçlarda uğurlar arzulayıram”.

 

Təcrübəli baş məşqçi dekabrın 3-də İstanbulda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə oynayacaqları matça da toxunub:

“Ən yaxşı nəticəni qazanmaq istəyirik. Qrupdan çıxmaq şansımızı itirdik. Amma biz oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Gənc futbolçulara şans vermək bizim üçün önəmlidir”.

 

Qeyd edək ki, “Qarabağ” bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarını itirib. Xalı olmayan Ağdam təmsilçisi I qrupunda sonuncu pillədədir. “Sivasspor” isə 6 xalla 3-cü sırada yer alır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı