“Azərbaycan hər bir türkmən vətəndaşının dilindədir” - MÜSAHİBƏ

10:05 26-09-2018 | icon 1020 | Cəmiyyət
“Azərbaycan hər bir türkmən vətəndaşının dilindədir” - MÜSAHİBƏ

Riyaz Dəmirçi: “...biz türkmənlər də bir əskər kimi silaha sarılıb Qarabağı azadlığa qovuşdurana qədər mübarizə aparacağıq”

 

 

Türkmən Aydınlar Cəmiyyətinin sədri, Türkmən Ədəbiyyatçı və Yazarlar Birliyinin, eləcə də Türkiyə, Azərbaycan Yazarlar Birliyinin üzvü, İraq azərbaycanlısı, publisist yazar, şair Riyaz Dəmirçinin Versus.Az-a müsahibəsi

 

- Riyaz bəy, bir İraq-Ərbil azərbaycanlısı kimi ilk növbədə istərdim ki, təmsil olunduğunuz cəmiyyətin fəaliyyəti və bu təşkilatın türk xalqları ilə qurduğu əməkdaşlıqlar, eləcə də problemlərin aydınlanması, yeni əlaqələrin qurulması və inkişafındakı rolundan bəhs edəsiniz. Türkmən Aydınlar Cəmiyyəti olaraq fəaliyyətinizin ana xəttini nə təşkil edir və Azərbaycanla hansı istiqamətlərdə əməkdaşlıqlarınız var?

 

- Bizim cəmiyyət 2016-cı ildə yaradılıb. Məqsədimiz İraqda olan dəyərli ziyalıları, ədəbiyyatçıları bir araya gətirmək,  bölgələrə görə ayırmadan İraq türkmən ədəbiyatını dünyaya tanıtmaqdır. Bizim üzvlərimiz şair, yazar, aydın insanlardan ibarətdir. Hər bir üzvümüzün ən azı bir kitabı dərc olunub və getdikcə də fəaliyyətimizi genişləndirir, seminarlar, simpozyumlar təşkil edirik. Düşünürük ki, qapılarımızı Türkiyə, Azərbaycan, Kıbrıs ölkələrinə açaq, şaxələnək ki, türk dövlətlərinin mədəniyyətlərinin təbliğində bizim də bir payımız olsun. Bizim cəmiyyət Türkiyə Yazarlar Birliyinin üzvü olmaqla Türkiyədə də əlaqələrin qurulmasında müsbət işlər görən birliyə çevrilib. Sonradan biz Azərbaycan Yazıçılar Birliyinin üzvü olduq və birlikdə bir neçə tədbirlər həyata keçirdik. Eyni zamanda, Türkmən Ədəbiyatçılar Birliyi ilə İran-Təbriz Yazarlar Birliyi arasında əməkdaşlıq əlaqələri qurduq, müxtəlif tədbirlər keçirdik. Biz bu gün də qeyd etdiyim yerlərdə fəliyyətimizi davam etdirir və genişləndiririk. Təbii ki, bu əməkdaşlıqlar əlaqələrimizin genişləndirilməsi, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin daha da inkişaf etdirilməsi, qorunması təbliği baxımından əhəmiyyətlidir. Bu, birliyimizə və əlaqələrimizin möhkəmlənməsinə xidmət edir. Bizlər türk millətləri olaraq ayrı-ayrılıqda üzləşdiyimiz çətinliklərə bir arada olmaqla üstün gələ bilərik.

 

“Biz iki gün, iki gecədə bütün torpaqlarımızı pis ermənilərdən geri ala bilərik

 

- Bu gün Azərbaycan torpaqlarının erməni separatçıları  tərəfindən işğal edilməsi, ölkəmizə qarşı həyata keçirilən soyqırımlarla bağlı səsimizin dünyaya çatdırılması və eşidilməsi üçün görülən işləri yetərli hesab etmək olarmı.  Bizlər - dünyada yaşayan azərbaycanlılar, Türk Dünyası - beynəlxalq təşkilatların bizim problemə qarşı ikili yanaşmalarına vahid bir mövqe, güc ortaya qoya bilirikmi?

 

- Qloballaşan dünya düzənində hər şey könlümüzün istədiyi kimi getmir. Bəli, Azərbaycan türkü olaraq sizin, bizim tariximizə nəzər salsaq, görəcəyik ki, işğal altında qalan torpaqlar sadəcə Qarabağ və onun ətraf rayonları deyil. Bizim çox  torpaqlarımız işğal altındadır. Bu problem bütün türklərin, azərbaycanlıların, müsəlmanların öz güclərini birləşdirilməsini tələb edir. Atalarımız söylədiyi kimi, türkün dostu sadəcə  türkdür. Hesab edirəm ki, lazım olduğu an biz başladığımız milli davada iki gün iki gecədə bütün torpaqlarımızı pis ermənilərdən geri ala bilərik. Amma dünya siyasəti və düşmən ölkələr bizə mane olur. Bu üzdən millətimiz - müxalifətli-iqtidarlı birlik içində fəaliyyət göstərməklə qələbəyə doğru addımlar atmalıdır. Amma təəssüflə deməliyəm ki, bu gün bu  istiqamətdə edilən çabalar yetərincə deyil. Bu üzdən qocaman türk xalqımıza işğal altında qalan torpaqlarımızı yaxşı anlatmaq lazımdır.

 

“Aydın insanlarımızın qələmindən çıxan söz, şeir və bayatılar da o güllə qədər təsirlidir”

 

- Riyaz bəy, bir ədəbiyyatçı yazar, ziyalı kimi necə hesab edirsiniz, düşmənə qarşı qələmimiz itidir?

- İstənilən halda Azərbaycan üzləşdiyi işğalla bağlı çox ciddi şəkildə işləməlidir. Torpağı işğalda olan millətin bağçası, orta məktəbi, tələbəsi, memarı, siyasətçisi, müğənnisi və şair – hər kəs düşməni ifşa edən bir təbliğatçı olmalıdır. Bu mənada, əlbəttə ki, millətin, xalqın işğala, genosidə məruz qalmasını dünyaya anlatmaq lazımdır. Lazım olanda isə hamı bir əsgər kimi silaha sarılacaq.

Bu mənada bütün beynəlxalq, diplomatik səylərlə yanaşı, ədəbiyyatın da  rolu çox önəmlidir. Səngərlərdə dayanan əsgərin atdığı güllə hədəfi dəlirsə, aydın insanlarımızın qələmindən çıxan söz, şeir və bayatılar da o güllə qədər təsirlidir. İnanıram ki, öz qələmi ilə döyüşmək duyğusunda olan şair və ədəbiyyatçılarımız çoxdur. Düşünürəm ki, onlar ən mükəmməl bir şəkildə vəzifələrini icra edir və lazımi təbliğatını aparırlar.

 

- Bu gün türkün, bütün azərbaycanlıların qarşısında dayanan ən ümdə məsələ, ən vacib məqam nədir və sizlər təmsil olunduğunuz qurumlarda həmin məqamı tutmaq üçün nə edirsiniz?

 

- Təbii ki, dünyada yaşayan azərbaycanlılar, türklər torpaqların işğaldan azad olunması marağından çıxış edərək Azərbaycanın yanında olmalıdır və yanındayıq. Bizim üzərimizə düşən vəzifə xalqın birlik, bərabərlik içində olması, bütün güclərin birləşdirilməsidir. Lazım gələrsə, biz türkmənlər də bir əskər kimi silaha sarılıb Qarabağı azadlığa qovuşdurana qədər mübarizə aparacağıq. Çünki haqq verilməz, alınır. O zaman hamımız bir el, bir könül olaraq sadəcə sözdə deyil, əməldə olmalıyıq.

 

“İraq Türkmən Mədəniyyət Mərkəzi özü bir Azərbaycandır”

 

- İraq tütkmən xalqı olaraq Azərbaycandan istəyiniz nədir?

 

- Biz türkmən milləti olaraq İraqda Azərbaycan səfirliyinin açılmasını təmənna edirik. Bilirik ki, hörmətli millət vəkili Qənirə xanım Paşayeva məsələni Milli Məclisdə müzakirəyə çıxarmışdı və müsbət qarşılanmışdı. Amma hələ ki, gözlədiyimiz nəticə yoxdur. Düşünürəm ki, olacaq. Çünki bu bizə lazımdır. Çünkü bizim irqimiz, imanımız, dilimiz, milli kökümüz bir olduğu üçün vətəndaşlarımız öz ata ölkələrini, yəni Azərbaycanı öz yanlarında da görməlidirlər. Azərbaycan hər bir türkmən vətəndaşının dilindədir. Onlar öz soydaşlarına, ölkələrinə həsrət qalıblar. O torpaqlara gəlmək, görmək bizim də doğal haqqımızdır. Minlərcə azərbaycanlı soydaşımız Qarabağ döyüşlərində şəhid düşmüşlər. Biz onları tanımalı, qəhrəmanlıqları barədə heykayələri siz soydaşlarımızdan eşitməliyik. Biz türkmənlər hər zaman Azərbaycana can atmışlar. Ordakı soydaşlarımızı tanımaq, qəhrəman igidlərini tanımaq bizim də haqqımızdır. Bu bir gerçəkdir ki, İraq Türkmən Mədəniyyət Mərkəzi özü bir Azərbaycandır.

 

Sonda ata yurduma həsr etdiyim şeirlərdən birini təqdim etmək istərdim:

 

 

Gedip Karabağı bir gəzip gəlim

 

Ruhum Kanatlandı Azerbaycana
Hasreti karışıp damarda kana
İçimde ateşi ben yana- yana
Gedip Karabağı bir gezip gelim.

 

Bakım vatanıma, ata yurduma
Belki kuvvet verdim orda orduma.
Haydi Türkmenelim, haydi yardıma
Gedip Karabağı bir gezip gelim.

 

Şuşanın gözleri yolda kalıptır,
Kelbecer taşınır bir ses alıptır.
Zengilan karalıp öğle doluptur,
Gedip Karabağı bir gezip gelim.

 

Fizuliden durup Ağdama bakım,
Cebrayilda donup bir ocak yakım.
Kubatlada kalan duşmanı yıkım,
Gedip Karabağı bir gezip gelim.

 

Kartala sorayim orda derdimi,
Bura ata yurdum olan Yerdimi?
Dindirim şiirle orda mertimi,
Gedip Karabağı bir gezip gelim.

 

Riyazim, savaşım canımdan geçim,
Duşmanın kanını doldurup içim.
Ya ölüm, Ya kalım bir yolun seçim,
Gedip Karabağı bir gezip gelim.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI