Bank BTB Füzuli rayonunda yeni filial açır

11:37 27-11-2020 | icon 631 | İqtisadiyyat
Bank BTB Füzuli rayonunda yeni filial açır

Şücaətli ordumuzun və Ali Baş Komandanımızın sayəsində Vətən müharibəsində qazandığımız şanlı qələbəmiz iqtisadiyyatımızın bütün sahələri üçün yeni səhifə açdı.

 

Bank BTB-nin İdarə Heyəti bankın filial şəbəkəsini genişləndirərək işğaldan azad olmuş Füzuli rayonunda müasir tələblərə və standartlara uyğun filial açacağı ilə bağlı qərar qəbul edib.

 

Füzuli rayon ərazisinin düşməndən təmizlənməsi prosesi və vətəndaşlarımızın normal şəraitdə yaşayışı üçün bərpa işləri yekunlaşdıqda Bank BTB bütün sakinlərə mövcud bank xidmətlərini göstərəcək. Bank BTB-nin yeni üslubda qurulacaq Füzuli filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ əmanətlər, kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edəcək. Bölgə sakinləri bankımızın kənd təsərrüfatının inkişafına dəstək olmaq üçün təqdim etdiyi güzəştli şərtlərlə müxtəlif kredit məhsullarından da yararlana biləcəklər.

 

Qeyd edək ki, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq müştərilərin məmnunluğunu təmin etmək məqsədi ilə bütün növ bank xidmətləri göstərir.

 

Bankın məhsul, xidmət və kampaniyaları barədə məlumat almaq üçün müştərilər Bank BTB-nin onlayn müraciət kanalları olan “Facebook” (www.facebook.com/bankbtb) və “Instagram” (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 “WhatsApp” (https://wa.me/994553000946) nömrəsindən istifadə edə bilərlər. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi beş gün müştərilərin xidmətindədir. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol