“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

15:50 27-11-2020 | icon 1228 | Siyasət
“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Hafiz Hacıyev:Əgər Rusiyanın ürəyi elə yanırsa, gedək Zəngəzurda qalaq, gəlsinlər orda bizi qorusunlar

 

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi dövlətlər həzm edə bilmirlər. ATƏT-in Minsk Qrupunda olan Fransanın hansı hoqqalardan çıxdığını gördük. Əslində bu, dünyanın, Minsk Qrupunda olan dövlətlərin bizə olan münasibətidir. Rusiya özü əvvəldən öz sülhməramlılarını Qarabağa gətirmək istyəyirdi və bu məqamı ermənilər vasitəsi ilə həyata keçirtdi”.

 

Versus.Az xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Rusiya sülhməramlılarının Qarabağda möhkəmlənməsi və getdikcə də idarəçiliyi ələ almaq cəhdləri ilə bağlı yaranan narahatlıqlarla bağlı açıqlamasında deyib.

 

MMP sədri bildirib ki, belə bir ətrəfədə ideoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır. Partiya sədri bu fikirdədir ki, xarici ölkələrdəki səfirliklərimiz öz işini təkcə “çaxır satmaqla” deyil, olduqları ölkələrdə diaspora, lobbiçilik fəaliyyətini qurmaqla inkişaf etdirməlidirlər:

 

“Düşünürəm ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycan ərazilərində - Qarabağda, Xankəndində yerləşdirilməsi, yaxud bu adda öz maraqları naminə etdiyi cəhdlər ilk növbədə onların özlərinə müsbət heç nə vəd etmir. Təbii ki, bütün hallarda sülhməramlı harda varsa, o yerdə ölkənin suverenliyi avtomatik pozulmuş sayılır. Lakin Rusiya sülhməramlıları öz maraqlarını təmin edib, Azərbaycanın müstəqilliyini kölgəyə sala bilməz. Təbii ki, Azərbaycan, ölkə ictimaiyyəti buna imkan verməyəcək. Hər halda, biz dekabrın 1-nə, Laçının işğaldan azad olunması gününüə qədər buna səbrlə yanaşmaqla, dayanmadan diplomatik hücumumuzu təşkil etməliyik”.

 

MMP sədri bildirib ki, bu gün Rusiya sülhməramlılarının Xankəndini özünün idarəçiliyinə salmaq, orda bazalar yaratmaq, polis fəaliyyətinə başlamaq istəyi təxribat xarakterlidir:

 

“Rusiyanın bu hərəkətləri xalq arasında narazılığa səbəb olub. Dekabrdan sonra yəqin ki, həqiqətlər bəlli olacaq, diplomaik, siyasi hücuma keçib sözümüzü deyəcəyik. Biz heç kəsə imkan vermərik ki, gəlib bizim torpaqda, Qrabağda özünə hansısa dövlət bunkeri yaratsın. Sülhməramlı gəlib, zəhmət çəkib dursun səhrəddə və ermənilərin cinayət törətməsinə, azərbaycanlılara hücum etməsinə imkan verməsin, öz işini görsün”.

 

H.Hacıyev qeyd edib ki, bizim də öz əzəli torpaqlarımız olan İrəvan xanlığına qayıtmağımızın vaxtı çatıb:

 

“Görünür, biz də bu məsələləri qaldırmalıyq. Hər halda çox şeylər görürük, çox şeylər demək istəyirik. Bütün hallarda biz bu böyük qələbəmizi diplomatik rakusda da əldən verməyəcəyik. Axıra qədər Ali Baş Komandanımızla bir yerdə olub, qələbələrimizi axıra çatıracağıq”.

 

 

H.Hacıyev bildirib ki, belə bir ərəfədə  Rusiyadakı diaspora və lobiçilik fəaliyyətinin düzgün qurulması istiqamətində işlərin görülməsinə ehtiyac var. Amma onun fikrincə, istənilən keyfiyyətdə diaspora və diplomatiyanın qurulması indiki səfirlik və diplomatlarla mümkün olmayacaq:

 

“Ukraynaya səfir gedən Elmira Axundovanın Türkiyə ilə bağlı dediyi, Rusiyadakı səfirimizin Prezidentin iradəsinə əks fikirləri, Fransada baş verənlərlə bağlı səfirimizin mövqesizliyi göstərir ki, bunlarla hücum diplomatiyasını təşkil edə bilməyəcəyik. Gecikmədən kadr islahatları aparılmalıdır. Azərbaycan daxildən, xaricdən təzyiqlərə məruz qalıb. Prezident çox iş görüb. Məmur təbəqəsi də öz öhdəsinə düşəni layiqli şəkildə icra etməldir. Neçə illər Frasa ilə işləyəndən sonra senatda tək bir nəfər xeyrimizə səs verdi. Demək, biz bu neçə illər ərzində o bir nəfəri yetişdirmək üçün işləmişik. Bizim diasporalar, diplomatlar ermənilərin vandallığını məhz həmin ölkənin ictimaiyyətinin dilindən dünyaya çatdırmağı bacarmalıdır. Bu gün biz sınaq qarşısındayıq, bir-birimizə dəstək verməliyik. Çünki hələ Qarabağı azad etməmişik. Düşmən torpağımızı tərk etməyib. Bayrağımız Qarabağda - Xankəndində dalğalanmalıdır. Əgər Rusiyanın ürəyi bizə elə yanırsa, gedək Zəngəzurda qalaq, gəlsinlər orda bizi qorusunlar. Təbii ki, bu məsələ də qaldırılacaq.

Bizim patiya öz mərkəzi qərargahını Xankəndinə köçürmklə bağlı qərar verib. İnşaallah imkan yaranan kimi bunu edəcəyik. Hələlik isə səbirli olmalıyıq”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”