Xəstəliyin əlamətləri qulaqdan selikli-irinli-qanlı axıntının gəlməsidir

11:41 29-11-2020 | icon 6080 | Sağlamlıq
Xəstəliyin əlamətləri qulaqdan selikli-irinli-qanlı axıntının gəlməsidir

Nərminə Abbasova: “Xəstələrin çoxunda eşitmə zəifliyi, bəzi hallarda isə küy olur”

 

Xroniki irinli otit orta qulağın iltihabi xəstəliyidir və təbil pərdəsinin deşilməsi ilə müşayiət olunur. Otit qulaq xəstəliklərinin 25-30 faizə qədərini təşkil edir. İstər kiçik yaşlı uşaqlar, istərsə də böyüklər arasında ona tez-tez rast gəlinir, xəstəliyin residivləşməsi 5-7 və 12-15 yaş arasında baş verir. Residivləşən irinli orta otitdə rerforasiyanın bitişməsi baş verirsə, xroniki irinli otitdə təbil pərdəsinin daimi perforasiyası və irinin uzun müddət axması müşayiət olunur.

 

Otit xəstəliyi ilə bağlı Versus.Az-a məlumat verən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVAnın dediyinə görə, xəstəliyin əlamətləri qulaqdan selikli, selikli-irinli, irinli və irinli-qanlı axıntının gəlməsidir.

 

“Bu zaman irinin cərrahi yolla xaric edilməsi vacibdir

 

Həkim-terapevtin sözlərinə görə, əksər hallarda irinin iyli olması müşahidə edilməsə də, qoxulu irinin olması digər infeksiyaların qoşulması və ya perforasiyasının tutulmasından xəbər verir.

 

Nərminə xanım deyir ki, xəstələrin çoxunda eşitmə zəifliyi, bəzi hallarda isə küy olur, ağırlaşmamış formada isə axıntı öz-özünə dayana bilər. Qarışıq formada polip, qranulasiya və xolesteatomanın yaranması baş verir.

 

Otit haqqında qısa xatırlatma verən Nərminə Abbasova bildirdi ki, qulağın müəyyən şöbəsinin iltihabi prosesi otit adlanır:

 

“Qulağa birbaşa aid olan xəstəliklər daxili və orta otitlərdir. Daxili otitlərə az rast gəlinsə də, bu çox təhlükəli xəstəlikdir. Xəstəlik əsasən sərbəst əmələ gəlmir, daha çox orta otitin və ümumi infeksion xəstəliklərin ağırlaşması hesab olunur. Çox zaman bir və ya hər iki qulaqdan ifrazatın olması və ağrı məhz orta otitlə bağlı olur”.

 

Nərminə xanım deyir ki, müalicəsi yerli və ümumi aparılır. Həkimin sözlərinə görə, yerli olaraq antiseptik məhlullar, antibiotik damcılar, ağrıkəsicilər və iltihab əleyhinə hormonlar istifadə olunur, qulağı isti saxlamaq və burun tənəffüsünü yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilir:

 

“Ümumi şəkildə isə antibakterial terapiya və immunitetin yüksəlməsinə kömək edən vasitələrdən istifadə olunur. Bununla yanaşı, burun tutulmasına səbəb olan faktorlar, məsələn, adenoidlər, burun çəpərinin əyriliyi, allergik rinitlər və sair varsa, onlar da aradan qaldırılmalıdır. Əgər aparılan müalicə fonunda yaxşılaşma müşahidə olunmazsa, irinin cərrahi yolla xaric edilməsi vacibdir”.

 

“İrinli proses zamanı qulaq damcısı və spirtli kompreslərdən istifadə etmək olmaz”

 

Nərminə xanım bildirib ki, Otit - orta qulağın xəstəliyidir. Onun sözlərinə görə, bu, uşaqlarda ən çox təsadüf edilən xəstəliklərdən biridir:

 

“Otit - adətən, infeksiyanın burun, udlaq və burun-udlaqdan orta qulağa keçməsi nəticəsində inkişaf edir. Buna görə də həmin orqanlarda başlayan hər bir infeksiyaları vaxtında və düzgün müalicə etmək lazımdır.

Zökəm, faringit, adenoidit zamanı burun və udlağın selikli qişasındakı iltihabi prosesin asanlıqla eşitmə borusuna yayılması nəticəsində uşaq pis eşitməyə başlayır. Bu mərhələdə müalicə vasitəsilə prosesin qarşısı alınmazsa, iltihab orta qulağa keçərək otit əmələ gəlməsinə səbəb olur. Otit zamanı qulaqda kəskin ağrı əmələ gəlir, bədən hərarəti 380C qalxır, uşaqlar pis eşitmələrindən şikayət edirlər. Vaxtında başlanan və düzgün aparılan müalicə nəticəsində xəstəliyin əlamətləri tezliklə keçib gedir və eşitmə qabiliyyəti tam şəkildə bərpa olunur”.

 

Həkim-terapevt qeyd edib ki, otitin ilk əlamətləri zamanı qızdırıcı kompreslər yaxşı effekt verir. Kompres qulağın üstünə deyil, onun ətrafına qoyulur:

 

“Bir neçə lay qatlanmış tənzif salfetinin mərkəzində qulağa keçirmək üçün ölçüsünə uyğun dəlik kəsilir. Araq və ya eyni həcmdə su ilə qatılmış spirtə batırılmış bu salfet qulağa geydirilir və üstü polietilenlə örtülür. Kompres bint və ya baş yaylığı ilə başa dolanır və hər 4 saatdan bir kiçik fasilələr verməklə dəyişdirilir. Kompres qoyulması ilə eyni vaxtda qulaq damcılarından da istifadə edilir. Damcılar yalnız həkim tərəfindən uşağın yaşına uyğun dozalar seçilməklə təyin edilir”.

 

Nərminə xanım onu da qeyd edib ki, bəzən təbil pərdəsi ətrafında irin yığılır və bu zaman irinli otit əmələ gəlir. Bu halda xəstəliyin gedişatı və uşağın vəziyyəti xeyli dərəcədə ağırlaşır, o, yeməkdən imtina edir, yuxusu pozulur, zəiflik, süstlük əmələ gəlir, hərarət 390 C qalxır. Kəskin qulaq ağrıları uşağa üzücü təsir edir:

 

“Tez-tez burnunu çəkməyi də uşağa qadağan edin”

 

“Yadda saxlayın ki, qulaqda irinli proses zamanı qulaq damcısı və spirtli kompreslərdən istifadə etmək olmaz!

İrinli otitin müalicəsində təbil pərdəsində kəsik apararaq və ya pərdəni deşərək orada yığılan irin xaric edilir. Orta qulaqdakı irini mümkün qədər tezliklə xaric etmək lazımdır. Əks halda baş beyin və beyin qişalarının iltihabı - meningit, bəzi hallarda isə beyin toxumasının iltihabı olan beyin absesi və ya irinin qana keçməsi nəticəsində sepsis də inkişaf edə bilər”.

 

Kiçik yaşlı uşaqlarda otitin il ərzində tez-tez təkrar olunmasını mümkün sayan N.Abbasova bildirib ki, vuna səbəb adətən adenoidlər olur:

 

“Tez-tez baş verən otitlər eşitmə qabiliyyətinin zəifləməsi, bəzən də tam itirilməsi kimi ağır fəsadlar verə bilər.

Beləliklə, otitin müalicəsinə xəstəliyin ilkin əlamətləri nəzərə çarpan kimi, ləngimədən başlamaq lazımdır. Əks halda çox ağır arzuolunmaz fəsadlar meydana çıxa bilər.

Otitin profilaktikası üçün burun, burun-udlaq infeksiyalarını vaxtında və düzgün müalicə etmək, vəziyyət tələb etdikdə isə böyümüş və iltihablaşmış adenoidləri cərrahi yolla xaric etmək məsləhət görülür. Bununla yanaşı, otitin profilaktikası üçün uşağa burnunu düzgün tərzdə təmizləməyi də öyrətmək lazımdır. Yəni əvvəl bir burun yolu, sonra digəri təmizlənməlidir. Uşaq eyni vaxtda hər iki burun pərəsi ilə fınxırarsa orta qulaqda qıcıqlanma əmələ gəlir. Tez-tez burnunu çəkməyi də uşağa qadağan edin”.

 

Nərminə xanım sonda vurğuladı ki, müalicədən sonra qulagın içində çapıqların əmələ gəlməsinin qarşısını almaq üçün xəstəxana şəraitində eşitmə borularına süni surətdə hava üfürmək və təbil pərdəsini masaj etmək lazımdır.

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova Otit xəstəliyindən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI