Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO

16:51 30-11-2020 | icon 484 | Cəmiyyət
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə ev verildi - FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 107 mənzil və fərdi ev, o cümlədən, Gəncə şəhərində 50 mənzil və müxtəlif bölgələrdə 57 fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə verilib.

 

Nazirlikdən verilən məlumata görə, Gəncədə mənzillərin təqdim edilməsi tədbirində nazirin müavini Hidayət Abdullayev, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev iştirak ediblər.

 

Qeyd edilib ki, 44 günlük Vətən müharibəsinin ilk günündən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz erməni silahlı birləşmələrini torpaqlarımızdan qovmağa başlayıb və ərazilərimiz bir-birinin ardınca işğaldan azad edilib.

 

Bu qələbə ovqatlı günlərimizdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə qayğı da davam edir. Həmin kateqoriyadan olan vətəndaşlar üçün cari ildə rekord səviyyədə, 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.

 

Onlardan artıq 1000-i təqdim edilib və proses davam edir. İndiyədək isə 8558 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

 

Yeni mənzil alan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri bu gün qalib dövlətin vətəndaşları olaraq hər birinin sonsuz fərəh və qürur içində olduqlarını, Ali Baş Komandanımızla fəxr etdiklərini deyib, azad edilmiş ərazilərimizdə Azərbaycan bayrağının dalğalanmasından iftixar hissi keçirdiklərini qeyd ediblər. 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür