“Azərbaycan heç kəsin qarşısında baş əyməyəcək” - MÜSAHİBƏ

17:32 30-11-2020 | icon 385 | Siyasət
“Azərbaycan heç kəsin qarşısında baş əyməyəcək” - MÜSAHİBƏ

Araz Əlizadə: “Sülhməramlıların əsas vəzifəsi erməniləri tərksilah edib onları ərazilərimizdən çıxarmaqdır”

 

Torpaqlarımızın erməni işğalından azad olunması prosesi dekabrın 1-də Laçınla tamamlanacaq. Azərbaycanın sərhəd bütövlüyündən sonra daxili təmizləmə prosesində əsas missiyanı üzərinə götürən sülhməramlıların öz üzərinə düşən işin öhdəsindən necə gələcəyi mübahisəli olaraq qalır.  Sülhyaratma missiyanın isə Azərbaycanla bağlı nə dərəcədə ədalətli çıxış edəcəyi birmənalı deyil.

 

Versus.Az xəbər verir ki, ASDP sədri Araz Əlizadə müsahibəsində vəziyyətlə bağlı maraqlı nüanslara diqqət çəkib.

 

- Araz müəllim, müharibədən sonra ölkəmizin sərhədləri daxilində cərəyan edən proseslərə diqqət etsək, yeni mərhələdə nələrin müşahidə olunduğunu söyləmək olar?

 

- Azərbaycan vətən müharibəsində qalib gəldi. İndi bu qələbəni diplomatik yolla möhkəmləndirir. Bunun üçün Rusiya, Türkiyə ilə danışıqlar gedir və Azərbaycan beynəlxalq aləmdə də özünün sözünü deyir. Belə bir ərəfədə isə xaricdən, xüsusilə də Fransanın Qarabağ məsələsində Azərbaycana təsir göstərmə cəhdləri, eləcə də Türkiyəyə qarşı sanksiyaların tətbiqi də səngimir. Belə halların meydana çıxması onunla əlaqəlidir ki, erməni lobbisi Fransada ağalıq edir. Fransa senatı onların əlində müqəvvadır. Çünki Fransa dövləti o senatorları maraqlandırmır.  Onları yalnız seçkilər və seçkilərdə yenidən seçilmək maraqlandırır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, Azərbaycana qarşı hansısa bu cür təzyiqlərin olması cəhdləri boş şeydir. Azərbaycan artıq öz sözünü deyib və Azərbaycan heç kəsin qarşısında baş əyməyəcək. Qarabağ Azərbaycan torpağıdır və biz öz suverenliyimizi bu torpaqlarda təsdiq eləmişik.

 

- Torpaqların işğaldan azad olunmasının ikinci – diplomatik mərhələsində Rusiya sühməramlılarının regionda nizamsız hərəkəti, erməni silahlılarının Xankəndində, Laçında hələ də qalması bu missiyanın öz işini doğru-düzgün görməməsi və regiona nəzarət etmək üçün çabalar etməsi ilə bağlı neqativləri meydana çıxarır. Rusiya Qarabağda nəyə nail olmağa çalışır?

 

- Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarıb, öz patronajı altında onlara normal həyat şəraiti yaratmaq istəyirlər.  Ruslar düşünürlər ki, bura 5 illik müddətə gəlməyiblər, daha uzun müddətli vaxta gəliblər. İstəyirlər ki, burda qalıcılıqlarını uzunmüddətli etmək üçün zəmin yaratsınlar. Lakin hər şey Azərbaycandan asılıdır. Azərbaycan elə bir şərait yaratmalıdır ki, ruslar 5 ildən sonra bilsinlər ki, artıq burda onlarn missiyası başa çatıb və Azərbaycan özü ermənilərlə dil tapa bilər.

 

- Hansı zəmin olmalıdır ki, Rusiya əsas məqsədindən əl çəksin?

 

- Rusiya əsas məqsədindən heç vaxt əl çəkməyəcək. Deyir, “ayının min oyunu, bir armudun başındadır”. Rusiya Azərbaycanın ərazisinə qayıtmaq, burada ordusunun qurulmasını istəyir. Lakin mən düşünmürəm ki, biz bundan sonra da Rusiyanın nə istəməsinə görə siyasət yürüdəcəyik. Düşünmürəm ki, cənab Prezident buna imkan versin.

 

- Dekabrda Laçın geriyə təhvil verilməlidir və bu şəhərlə bağlı çoxlu mübahisələr səslənir. Xankəndində də, Laçında da ermənilər, erməni silahlıları var. Sülhməramlılarla birlikdə istədikləri kimi hərəkət edirlər. Belə olan surətdə məsələ necə həllini tapacaq?

 

- Biz hansıasa ölkənin qoşunlarının, yaxud hansısa cinyətkarların Azərbaycan ərazilərində istədikləri şəkildə hərəkət etmələrinə imkan verə bilmərik. Azərbaycan konkret məsələ qoymalıdır ki, erməni silahlıları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Sülhməramlıların əsas vəzifəsi erməniləri tərksilah edib onları ərazilərimizdən çıxarmaqdır. Əgər bu missiyanı öz boyunlarına götürüblərsə, zəhmət çəksinlər yerinə yetirsinlər.

Eləcə də Türkiyə sülhməramlıları ilə bağlı da məsələ mübahisəli qalır. Çünki üçtərəfli sazişdə Türkiyə sülhməramlıları nəzərdə tutulmayıb. Rusiya da bunun əleyhinədir. Türkiyə sülhməramlıları burda olub olmayacaq, bu da diplomatik danışıqlardan asılıdır. Lakin Türkiyə sülhməramlıları yaradılan müşahidə mərkəzində təmsil olunacaqlar.

 

- Rusiya ilə əməkdaşlığımızın “sülhməramlı” adı ilə Qarabağda yenidən sıxlaşdığı bir vaxtda Rusiya ilə əlaqəli olan lobbi, diasporalarımız Azərbaycana diplomatik dəstək vermək, ölkəmizin bu prosesdən az vaxtda, zərərsiz, haqqımızı bərpa edərək çıxması üçün necə işləyir, hansı ciddi addımları atılır?

 

- Azərbaycanın Rusiyadakı lobbisi, alleqarxları ölü doğulub. Onlarda sanki Azərbaycan qanı yoxdur. Bu müharibədə ermənilər Ermənistana nə qədər böyük köməkliklər edirdilər. Azərbaycanlılardan isə bir dənə də səs çıxmırdı. Bu da onu göstərir ki, Azərbaycan diasporası Rusiyada zəif işləyir.

Lakin bir məsələni də unutmaq olmaz. Bu gün bizim addımlar hamısı ölçülüb-biçilmiş addımlardır. Və hazırki prosesdə tələsmək lazım deyil. Cənab Prezident bunu çox yaxşı bilir və göstərdi ki, diplomatiya sahsində mahirdir. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı