"Təbiətə vurulan ziyanı əks etdirən materialları beynəlxalq təşkilatlara göndərmişik"

09:10 01-12-2020 | icon 467 | Siyasət
"Təbiətə vurulan ziyanı əks etdirən materialları beynəlxalq təşkilatlara göndərmişik"

Fuad Əliyev: "Bu məsələdə daim həmrəylik nümayiş etdirmək əsas vəzifəmiz olmalıdır"

 

“Azərbaycan xalqı hansı mənfur düşmənlə mübarizə apardığını yaddan çıxarmamalıdır. Ona görə də, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması və qorunub saxlanması məsələsində daim həmrəylik nümayiş etdirmək əsas vəzifəmiz olmalıdır”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib.


ALDP sədrinin sözlərinə görə, işğalçıların Azərbaycan torpaqlarında törətdikləri vandallıqlar bir daha sübut edir ki, biz mənfur düşmənlə üz-üzəyik:

 

“Onlar qanunsuz məskunlaşdıqları evləri, meşələri yandırırlar. Bununla hansı dağıdıcı missiyanın daşıyıcısı olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Dövlət başçısının da vurğuladığı kimi, işğalçı Ermənistan bu illər ərzində və hazırda törətdiyi cinayətlərə görə mütləq cavab verməlidir. Azərbaycan Liberal Demokrat Partiyası olaraq biz bu vandalizm aktlarını, o cümlədən təbiətə vurulan ziyanı əks etdirən materialları beynəlxalq təşkilatlara göndərmişik”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı