Polisdən əhaliyə XƏBƏRDARLIQ

11:05 03-12-2020 | icon 433 | Hadisə
Polisdən əhaliyə XƏBƏRDARLIQ

“Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinə nəzarət-profilaktik tədbirlər gücləndirilib”.

 

Versus.Az xəbər verir ki, bu barədə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis mayoru Elşad Hacıyev məlumat verib.

 

O bildirib ki, polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxt ərazisində, eləcə də bölgələrdə aktiv koronavirus xəstələrinin sərbəst hərəkətinə icazə verilmir:

 

“COVID-19 xəstəliyi ilə əlaqədar analiz nəticələri pozitiv çıxan bütün şəxslərlə bağlı ərazi polis orqanlarına dərhal məlumat verilir. Koronavirusa yoluxan şəxslər məsuliyyətli davranmalı, ətrafdakı insanları nəzərə almalı, digər şəxslərin həyat və sağlamlığına həssas yanaşmalıdır.

 

Ötən gün tərəfimizdən küçədə 27 nəfər COVID-19 xəstəsi müəyyən olunub. Onlardan 25 nəfəri evə qaytarılıb, 20 nəfər barəsində cinayət işi başlayıb. 2 nəfər ağır xəstə isə həyatını itirib. Və bu şəxslər polis tərəfindən ictimai yerlərdə müəyyən olunub ki, onların ünsiyyətdə olduğu hər bir şəxs istintaq araşdırmaları zamanı yoxlanılacaqlar. Görünən odur ki, tək bir gündə 27 nəfərin məsuliyyətsiz davranışı, cəmiyyət üçün nə qədər təhlükəlidir. Hər bir evin qarşısına bir polis postu qoyula bilməz, dünyada belə təcrübə yoxdur. Pandemiya dövründə aktiv koronavirus xəstələri sosial təcrid, özünü təcrid tədbirlərinə ciddi əməl etməlidir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”