"Səbrli olmaq lazımdır, bu mərhələ də biz istədiyimiz kimi yekunlaşacaq"

11:17 03-12-2020 | icon 393 | Siyasət
"Səbrli olmaq lazımdır, bu mərhələ də biz istədiyimiz kimi yekunlaşacaq"

Fuad Əliyev: "Kəlbəcər, Laçın və Qarabağın digər rayonları tarixi keçmişi zəngin olan ərazidir"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Xəbər-PS-ə müsahibə verib.

 

Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Fuad müəllim, noyabrın 10-da  Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında imzalanan bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonu Azərbaycana təhvil verildi. Sizin fikrinizcə, ərazi bütövlüyümüz bərpa olundumu?

 

- Hesab edirəm ki, ərazi bütövlüyümüz tamdır. Ağdam, Kəlbəcər və Laçın erməni işğalından döyüşsüz azad olundu. Bəzi siyasi demaqoqlar bunu qəbul etmək istəmirlər. Deyirlər ki, ordumuz döyüşləri davam etdirməli idi. Bunlar başa düşmək istəmirlər ki, döyüşlərə davam etsəydik, nə qədər şəhid verə bilərdik. Kəlbəcər və Laçın dağ relyefli rayon olduğuna görə və mövsümü nəzərə alsaq, müharibə bir neçə ay uzana bilərdi. Hesab edirəm ki, bizə əsas nəticə lazımdır. Nəticə də belədir ki, şəhid vermədən biz işğalda olan torpaqları azad etdik və ərazi bötüvlüyünü bərpa etdik.

 

- Xankəndi ilə bağlı cəmiyyətimizdə narhatçılıq var. Ermənilərin qayıtması və s. kimi məsələlər...

 

- Üç ölkə rəhbərinin birgə  qəbul etdiyi bəyanatın birinci mərhələsi geridə qalıb. Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. İndi ikinci mərhələ həyata keçəcək. Bu mərhələdə azad olunan rayonlarda, o cümlədə Xankəndində Azərbaycan qanunları bərpa olunacaq və  ermənilər də yaşayan ərazilərində inzibati idarəetmə Azərbaycana aid olacaq. Qarabağda, o cümlədən Xankəndində yaşayan azərbaycanlılar öz yurdlarına qayıdacaqlar. Bizimlə birgə yaşamaq istəyən ermənilər Azərbaycan vətəndaşlığı qəbul edəcəklər. Yox, kimsə istəməsə, onda çıxıb gedəcək. Bu bir neçə ay çəkə bilər. Ona görə səbirli olmaq lazımdır, bu mərhələdə biz istədiyimiz kimi yekunlaşacaq. Buna mən tam əminəm.

 

- Fuad müəllim, artıq azad olunan torpaqlarda bərpa işləri başlanıb, yollar çəkilir. Qarabağ bölgəsinin potensialını necə qiymətləndirərsiz?

 

- Hesab edirəm ki, azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təssərrüfatı, turizm potensialı çox böyükdür. Azad olunan ərazi minalardan təmizlənəndən sonra, infrastrukturun bərpa işləri daha da sürətlənəcək. Təbii sərvətlərlə zəngin olan regiondur. Kəlbəcər, Laçın və Qarabağın digər rayonlar tarixi keçmişi zəngin olan bir ərazidir. Misal üçün, Laçın abidələri hələ eramızdan əvvəl I–II minilliyə aid edilir. Bu da turizm baxımdan çox cəlbedicidir. Hesab edirəm ki pandemiya qurtarandan sonra, turizm sahəsi inkişaf olunacaq. Azərbaycanın təbiəti gözəl olan cənub və şimal bölgələribə, qərb bölgəsi də əlavə olundu. Turizm sahəsi inkişaf olunduqca, digər sahələr də inkişaf olunacaq. Avropada, ABŞ və Rusiyada gördüyüm təbiət gözəldir, amma Azərbaycanda olan gözəlliyə çatmaz.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı