Deputat qazi Nahid Şıxaliyevi ziyarət edib - FOTO

14:48 03-12-2020 | icon 558 | Cəmiyyət
Deputat qazi Nahid Şıxaliyevi ziyarət edib - FOTO

Razi Nurullayev: ""Kapital Bank"a olan borcunun silinməsi üçün bankın rəhbərliyinə müraciət etmişəm"

 

Millət vəkili Razi Nurullayev Vətən müharibəsi qazisi Nahid Şıxaliyev İslam oğlunu xəstəxanada ziyarət edib.

 
 
Versus.Az xəbər verir ki, bu barədə millət vəkili şəxsi "facebook" hesabında paylaşım edib.
 
 
Razi Nurullayev Baş həkim və müalicə həkimi ilə birlikdə qazimizi dinləyib, qayğıları ilə maraqlanıb. Nahidin müalicə ilə bağlı şikayəti yoxdur. Millət vəkili kömək edən hər kəsə təşəkkürünü ifadə edib:
 
 
"Nahid Şıxaliyevlə təklikdə də söhbət etdik. Problemlərindən danışdı. Hazırda ən ağır məsələ "Kapital Bank"a olan borcudur. Hər ay 600 AZN ödəməlidir. Tapşırmışam, ərizəsini yazmağa köməkçim kömək edəcək. İnşallah bank rəhbərliyi də ünvanladığım müraciətə müsbət yanaşar".
 
 
Qeyd edək ki, R.Nurullayev bundan əvvəlki paylaşımında bildirmişdi ki, İmişli icra başçısı Elçin Rzayev ona şəxsən zəng edərək, qazinin müalicəsi ilə bağlı işlərin görüldüyünü deyib:
 
 
"Bu məsələni həll etmək üzrəydim. Başçı zəng etdi ki, artıq həll edildi, bir nəfər iş adamı bütün xərcləri üzərinə götürüb. Biz qazimiz üçün hər şeyi etməyə hazır idik. Başçı onun evinə getdi və elə başçının telefonu ilə də danışdıq onunla. Yəni məsələ soial mediada vasitəsilə bizə çatdırılandan sonra bir an belə diqqətdən kənarda qalmadı. Allahdan qazimizə şəfa diləyirəm".
 
 
 
 
SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür