"Laçın dəhlizi ilə bağlı heç bir problem yoxdur"

11:26 04-12-2020 | icon 696 | Siyasət
"Laçın dəhlizi ilə bağlı heç bir problem yoxdur"

Fuad Əliyev: "Xankəndi də daxil olmaqla bütün Qarabağ bizim qanunlarımızla idarə olunacaq"

 

Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı 10 noyabr bəyanatına uyğun olaraq 1 dekabr tarixində Laçın rayonu Azərbaycana qaytarıldı. Bununla da işğal faktı aradan qalxdı, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Amma Laçın dəhlizi ilə bağlı müəyyən anlaşılmazlıq mövcud idi.

 

Məlumdur ki, Laçın dəhlizinin bir hissəsi Laçın şəhərinin ərazisinə düşür. Razılaşmaya görə isə Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edəcək. Bu amil bir qədər anlaşılmazlıq yaratsa da, sonradan bu məsələyə aydınlıq gətirildi. Bildirildi ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzərində suveren haqlarını kimsəyə təslim etməyib, dəhlizdə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkəti rəsmi Bakının təhlükəsizlik zəmanəti altındadır.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev deyib ki, üç ölkənin məlum bəyanatı imzalanandan sonra artıq birinci mərhələ baş çatıb:

 

“Yəni Kəlbəcər, Ağdam və Laçın rayonları bizə müharibəsiz, şəhidsiz qaytarıldı. İndi ikinci mərhələyə başlanılıb. Onlarda Laçın dəhlizi məsələsində bir qədər anlaşılmazlıq var idi ki, o da müvəqqətidir. Ermənistanla Xankəndini birləşdirəcək yeni yolun inşasından sonra Laçın dəhlizi ilə bağlı məsələ də tam həllini tapacaq. Hazırda isə ermənilər Xankəndinə getmək üçün müvəqqəti olaraq Laçın şəhərindən keçir”.

 

Partiya sədri bildirib ki, Rusiya sülhməramlıları və ya digər başqa ölkənin sülhməramlısı bugünkü şəraitdə Azərbaycana lazımdır:

 

“Çünki sülhməramlılar olmasa, orada qalan ermənilər bizim həbçilərimizə qarşı müxtəlif təxribatlar törədə bilərlər. Ona görə də bugünkü şəraitdə sülhməramlıların olması çox vacibdir. Doğrudur, müqavilədə sülhməramlıların 5 il müddətində bölgədə qalacağı yazılır, amma hesab edirəm ki, onlar 2-3 il ərzində Qarabağı tərk edəcəklər. Çünki onlara artıq ehtiyac olmayacaq. Bizim vətəndaşlarımız ora qayıdandan sonra normal bir həyat başlayacaq. Hansı erməni bizim vətəndaşlığı qəbul edəcəksə, Xankəndində yaşayacaq. Əks halda onlar da qısa zamanda oranı tərk edəcəklər”.

 

F.Əliyev onu da qeyd edib ki, Laçın dəhlizi ilə bağlı heç bir problem görmür:

“Mərhələli şəkildə bəyanatda göstərilən bütün proseslər bizim istədiyimiz kimi olacaq. Əsas odur ki, artıq Azərbaycan tamdır, bütövdür. Azərbaycan artıq işğaldan azad etdiyi ərazilərdə ifranstruktur qurur. Bundan bütün bütün Qarabağ, Xankəndi də daxil olmaqla bizim qanunlarımızla idarə olunacaq. Orada yaşayan ermənilər də bizim qanunlarımız altında yaşayacaq”. /cebhe.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür