“Məzarlar yenicə dağıdılıb” - FOTO

12:49 04-12-2020 | icon 577 | Cəmiyyət
“Məzarlar yenicə dağıdılıb” - FOTO

Baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşən “Amnesty International” təşkilatının Baş böhran məsləhətçisi, eləcə də, münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə məşğul olan nümayəndə Donatella Rovera Kəlbəcər ərazisində monitorinq aparıb.

 

Təşkilatın nümayəndəsi özünün “Twitter” hesabından Kəlbəcərin qəsdən ermənilər tərəfindən dağıntılara məruz qalması, mənəvi dəyərlərə ziyan vurulması barədə məlumat verib. 

 

O, paylaşımlarından birində Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki evlərin dağıdılmasından yazıb:

“1993-cü ildə yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərində 27 illik işğal dövründən sonra nə bir qapı, nə bir pəncərə, nə də bircə dam örtüyü belə qalmayıb”.

 

“Mina əraziləri, devrilmiş tanklar, atılan hərbi dəbilqələr və Dağlıq Qarabağda Kəlbəcərə gedən yolda tərk edilmiş hərbi müdafiə mövqeyi. Bu yaxınlarda Azərbaycanın Ermənistandan geri aldığı ərazi”, - deyə o qeyd edib.

 

Donatella Rovera əlavə edib ki, Dağlıq Qarabağın Kəlbəcər bölgəsindəki qəbiristanlıqda, 1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarları da dağıdılıb.

Eləcə də, xüsusilə vurğulayıb ki, Azərbaycanın 27 illik işğalından sonra ərazini tərk edən ermənilər görünən bəzi məzarları yenicə dağıdıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin