SOCAR-ın 500 əməkdaşı Vətən müharibəsində iştirak edib - FOTO

17:42 04-12-2020 | icon 922 | Cəmiyyət
SOCAR-ın 500 əməkdaşı Vətən müharibəsində iştirak edib - FOTO

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) Vətən müharibəsində 500-ə yaxın nəfər iştirak edib, 6 nəfər şəhid olub. 

 

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov İkinci Qarabağ Müharibəsində şəhid olan əməkdaş Cabbarov Şahgündüz barədə məlumatda qeyd edib.

 

“Mənim nəzərimdə onlar ən xoşbəxt insandırlar. Onlar həyatın mənasını dərk edib, Allahın verdiyi bu həyatı boş-mənasız işlərə yox, haqq yoluna sərf ediblər.

Ancaq iki məsələyə görə ürəyim sıxılır: Onların əzizlərinin ürək ağrısını sanki hiss edirəm. Bir də onların şəkillərini görəndə narahat oluram, heyf ki onlarla bir sırada mən ola bilmədim.
Deyirlər, o dünyada insan çox istədiyi insanlarla bir yerdə olacaq. Onsuz da bu ömür bir göz qırpımıdır. Tezliklə görüşənədək, igidlər!”, - İ. Əhmədovun paylaşımında qeyd olunur.

 

O, Şahgündüzün sosial media hesabında paylaşdığı fikirləri izləyiciləri ilə bölüşüb.

 

Qeyd edək ki, şəhidlik zirvəsinə ucalan Şahgündüz Cabbarov İkinci Qarabağ müharibəsi başlayanda təhsilini və karyerasını vətən üçün keçərək könüllü olaraq döyüşlərə yollanıb. Oktyabrın 1-dən cəbhənin Zəngilan, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə Milli Ordunun Xüsusi Təyinatlı Həmlə Taborunun əsgəri kimi qəhrəmancasına vuruşub. O, Füzuli uğrunda döyüşlərin birində raket mərmisinin partlaması nəticəsində oktyabrın 26-da şəhidlik zirvəsinə yüksəlib. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI