"Soydaşlarımızın qayıdışı üçün şəhər və kəndlərimiz yenidən qurulacaq"

08:45 05-12-2020 | icon 317 | Siyasət
"Soydaşlarımızın qayıdışı üçün şəhər və kəndlərimiz yenidən qurulacaq"

Fuad Əliyev: "Məğlub Ermənistan artıq işğalçılıq iddialarından əl çəkməli, başqa ritorika seçməlidir”

 

“Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan böyük zəfər əldə edib. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbə Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atmadan, bir nəfər belə şəhid vermədən azad edilməsini şərtləndirib. 30 ildir öz doğma torpaqlarından ayrı düşmüş soydaşlarımızın qayıdışı üçün şəhər və kəndlərimiz yenidən qurulacaq. Məğlub Ermənistan isə bundan sonra bütün işğalçılıq iddialarından əl çəkməli, başqa ritorika seçməlidir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.


Bu günlərdə Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünə qarşı qəbul etdiyi qərəzli qətnaməyə münasibət bildirən partiya sədrinin sözlərinə görə, bu addım yolverilməzdir:

 

“Eyni zamanda, Milli Məclis, ölkədə fəaliyyət göstərən siyasi partiyalar bu qətnaməyə qarşı kəskin münasibəti əks etdirən bəyanat qəbul ediblər. Ümumiyyətlə, Fransa Senatının ermənipərəst mövqeyi bu ölkənin ATƏT-in Minsk qrupu həmsədri kimi fəaliyyətini şübhə altına alıb”. /“Yeni Azərbaycan”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol