Siyasi şuranın növbədənkənar iclası keçiriləcək

10:00 08-02-2018 | icon 496 | Siyasət
Siyasi şuranın növbədənkənar iclası keçiriləcək

Seçkilərin önə çəkilməsi ilə əlaqədar olaraq Müasir Müsavat Partiyası idarə heyətinin növbədən kənar iclası çağrılıb.

Partiyanın Mətbuat Xidmətindən Versus.Az-a verilən məlumata görə, iclasda seçkilərin tarixinin önə çəkilməsi müzakirə olunub. Qərara alınıb ki, fevralın 10-da saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində MMP siyasi şurasının növbədənkənar iclası keçirilsin. İclasda partiyanın prezidentliyə namizədinin adı açıqlanacaq. Tədbir media mənsubları və ictimaiyyət nümayəndələri üçün açıqdır.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 5-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Ləman
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...