““İti qovanlar” parlamentdə də işə salınmalıdır”

16:04 05-12-2020 | icon 607 | Siyasət
““İti qovanlar” parlamentdə də işə salınmalıdır”

Hafiz Hacıyev: “Rasim Musabəyov ömür boyu Rusiyanın adamı olub”

 

“Nə qədər ki, Milli Məclisdə təyinatla oturan Rasim Musabəyov kimi deputatlar var, onlar “rus maşası” kimi aranı qaışdırmaqla məşğul olacaqlar”.

 

Bunu Versus.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bildirib ki,

 

Partiya sədri bildirib ki, bu siyasətçilər özlərini gizlətsələr də, bu gün iç üzləri açılır:

 

“Rasim Musabəyov ömür boyu Rusiyanın adamı olub. Ayaz Mütəllibovun vaxtından bu günə qədər rusmeyilli rəhbərlərin əlinə işləyir. Bu adamın vicdanı yoxdur. Axı Türkiyə bizim qardaşımızdır. Türkiyə bu 45 günlük müharibədə Ali Baş Komandanı tək qoymadı. Ən yüksək səviyyələrdə çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırdılar. Hər an Azərbaycanın yanında olduqlarını bəyan elədilər. Bu münasibətdən sonra bir deputatın çıxıb hansısa rus kanalına belə bir söz deməsi, sadəcə vicdansızlıqdır. Düşünürəm ki, “iti qovanlar” parlamentdə də işə salınmalıdır. Musabəyovun müsahibəsi Prezidentə qarşı yönəlmiş siyasətdir. Çünki Prezidentin Türkiyə ilə bağlı mövqeyi bəllidir. Türkiyə ilə Azərbaycan “bir millət, iki dövlət, qardaşlıq” prinsipi ilə hərəkət edir. Sabah rusbaş deputatlar deyəcəklər ki, Russiya ordusu gəlsin Bakıda otursun. Ona görə də bu cür çıxışlara yol verilməməli və Musabəyov geri çağrılmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Tibb elminə həsr olunmuş ömür...

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı