“Türkiyə Ordusunu yadelli əsgər kimi görə bilmərəm”

16:07 05-12-2020 | icon 477 | Siyasət
“Türkiyə Ordusunu yadelli əsgər kimi görə bilmərəm”

Razi Nurullayev: “Xalqının çoxluğu İlham Əliyevin fikirləri ilə razıdır”

 

“Həmkarı Rasim Musabəyovun sosial şəbəkələrdə tənqid edilən məlum fikirləri ilə tam tanış deyiləm. Amma Türk Ordusu ilə bağlı düşüncələrimi bölüşmək istərdim”.

 

Bunu Versus.Az-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

 

O, Türkiyəni bir vətən, bir Azərbaycan qədər sevdiyini dilə gətirib:

 

“Mənim üçün Türkiyə ilə Azərbaycan arasında heç bir fərq yoxdur. Mən Türkiyəyə etibar edir, ona bir qardaş ölkə kimi baxıram. Türkiyədə bir futbol komandası uğur qazananda, bir zəfər bayramı olanda, Türkiyədə xoş bir hadisə olanda onlarla bərabər eyni hissləri yaşayıram. Bütövlükdə Azərbaycan xalqı bu hissləri yaşayır. Bilirəm ki, Türkiyə xalqı da Azərbaycanın sevincinə sevinir, kədərinə kədərlənir. Biz çox yaxın dövlətlərik. Ona görə də Azərbaycana gələn Türkiyə Ordusunu yadelli əsgər kimi görə bilmərəm. O əsgər mənim öz əsgərimdir. Türk əsgərinin Azərbaycanda olmasına yalnız sevinərəm. Türkiyə regionda stabilləşdirici rola malik olduğuna görə bu, Azərbaycanın maraqlarına uyğundur. Türk əsgərinin Azərbaycanda olması Türkiyənin regionda apardığı siyasətə, həm də qlobal aləmdə oynadığı rolda stabilləşdirici və möhkəmləndirici bir faktor kimi kömək edə bilər”.

 

Türk ordusunun Qarabağda olması ilə bağlı kimlərdəsə yarana biləcək narahatlığa gəlincə, R.Nurullayev bunu cəfəngiyyat hesab edib:

 

“Azərbaycan heç bir zaman başqa ölkələrin torpağına göz dikməyib, heç bir dövlətin torpağını zəbt etməyib. Kifayət qədər tarixi əsasları olsa da, heç vaxt Ermənistana qarşı torpaq iddiası irəli sürməyib. Azərbaycan götürdüyü bütün öhdəlikləri yerinə yetirib və bu gün Ermənistan üçün təhlükə törətmir. Lakin Azərbaycan qanunlarını pozmağa, cinayətlər törətməyə cəhd edərlərsə, elə rüşeyimindəcə məhv ediləcəklər. Qarabağa gələn Türkiyə qoşunlarına narazılıq etmələrinə, narahat olmalarına gəlincə, Ermənistan qələt edir, başını böyük daşa döyür.  Azərbaycan suveren ölkədir və ərazisində harda istəsə ordu saxlamaq hüququdur. Ermənistan bu məsələlərə qarışmaqla səhvə yol verir”.

 

R.Nurullayev bir millət vəkilinin belə bir ifadə işlətməsinə inanmadığını deyib:

 

“Biz millət vəkilləri olaraq dövlətçiliyin bir qoluyuq. Ali Baş Komandan öz fikirlərini tezislər şəklində xalqa çatdırıb. Bu tezislər artıq bizim siyasətin xəttini müəyyən edir. Azərbaycan xalqının çoxluğu İlham Əliyevin fikirləri ilə razıdır, onu dəstəkləyir. Demək ki, Prezident xalqın istədiyini deyib. Xalqın istəyindən kənar fərqli bir fikir söyləmək, məncə doğru deyil, qəbul oluna bilməz”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

Azərbaycanın daha bir qələbəsi