“Rasim Musabəyov öz yerində deyil”

16:22 05-12-2020 | icon 728 | Siyasət
“Rasim Musabəyov öz yerində deyil”

Fuad Əliyev: “Belə çıxır ki, Rasim Musabəyov dövlət başçısına, dövlət siyasətinə qarşı çıxır”

 

“Bu fakt bir daha sübut edir ki, Rasim Musabəyov öz yerində deyil. Onun necə “seçilməyini” hamımız bilirik”.

 

Bunu Versus.Az-a açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

 

Partiya sədri vurğulayıb ki, ümumiyyətlə, Rasim Musabəyovun politoloq kimi verdiyi açıqlamalar, proqnozlar heç biri doğru çıxmayıb:

 

“Niyə Rusiyanın NTV kanalı məhz onu seçib? Bu sualın cavabını axtarmaq lazımdır. Sonra da biz “5 kolon” nümayəndələri axtarırıq. Dövlət başçısı İlham Əliyev Vətən-İkinci Qarabağ müharibəsi başlayan gündən qardaş Türkiyənin bizə verdiyi siyasi və mənəvi dəstəyini, Türkiyə sülhməramlıların iştirakının vacibliyini hər dəfə öz çıxışlarında qeyd edirdi. İndi belə çıxır ki, bu Rasim Musabəyov dövlət başçısına, dövlət siyasətinə qarşı çıxır?

Bəli, biz Vətən müharibəsində Qələbəmizi Şəhidlərin canı və qanı hesabına qazandıq. Amma qardaş Türkiyə, Pakistan, İsrail və digər dost ölkələrin siyasi-mənəvi dəstəyi bizi daha da ruhlandırırdı. Biz haqq yolumuzda tək qalmadıq. Türkiyə sülhməramlıları Qarabağ bölgəsinə gələcəklər və Rusiya sülhməramlıları ilə birgə monitoring aparacaqlar. Bu məsələ artıq həll olunub”.

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür