“Hər yırtılan menisk ağrı verməyə bilər”

17:36 07-12-2020 | icon 850 | Sağlamlıq
“Hər yırtılan menisk ağrı verməyə bilər”

Nərminə Abbasova: “Menisk sağalmadıqda və şikayətlər davam etdikdə, cərrahiyyə edilir

 

Bədənimizdə ən sıx yaralanan bölgələrdən birisi də mensiklərimizdir. Menisklər diz içində bud və qamış sümüyünün kəsişdiyi bölgədə “C” şəklində mövcud olan qığırdaq yastıqcıqlardır. Dizdə yuvarlaq bud sümüyü ilə düz qamış sümüyünün uyğun oynaq əmələ gətirməsi, yükün daşınması, bir neçə yöndə dönmə hərəkəti edə bilməsi, bud və qamış arasında güc balansının təmini kimi funksiyaları yerinə yetirir.

 

Versus.Az-a adıçəkilən xəstəliklə bağlı ətraflı məlumat verən Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi NƏRMİNƏ ABBASOVA söhbət zamanı bildirdi ki, futbol kimi qarşılıqlı təmas idmanlarında dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yük düşməsi sonrasında mensiklər yırtıla bilər.

 

Həkim-terapevt qeyd edib ki, idmançılarda bu yaralanmalarla yanaşı ön xaçabənzər bağ qopması da görülə bilər:

 

“Yaşlı xəstələrdə isə dizdə olan degenerasiya və qığırdaq probleminə bağlı olaraq travma almadan da menisk yırtığı yarana bilər. Bununla yanaşı hər yaş qrupunda degenerasiyaya bağlı mensik yırtığı rastlana bilər. Diz içindən eşidilən səslər yırtığın ilk əlamətləri ola bilər. Dizdə şişkinlik əmələ gələnə qədər idmançılar idmana davam edir, amma şişkinlik yarandıqdan sonra şikayətlər başlayır. Bu şikayətlərə daxildir dizdə gərginlik və şişkinlik, oynaq hərəkət açıqlığında azalma, dizdə maye toplanması, meniskin yırtıq hissəsi oynaq arasına girdikdə oynaqda kilitlənmə yaranması. Həkimə problemin hansı travma ilə necə başladığını demək lazımdır. Həkim müxtəlif manevralarla dizinizi müayinə edəcək. Başqa patologiyaların müqayisəsi üçün rentgen və MRT (maqnit rezonanas tomoqrafiya) istəyə bilər. Diz kilitli halda olduqda artroskopik müayinə təklifi gələ bilər.

 

Nərminə xanım bildirdi ki, menisk yırtıqları bir neçə tipdə görülür - idmançılarda dönmə sonrası əmələ gələn şaqüli və ya vedrə qulpu şəklində yırtıqlar, gənc atletlərdə tez-tez təkrarlanan tip travmalar sonrası (qaçış) əmələ gələn radial və ya dimdik şəklində yırtıqlar, yaşlı xəstələrdə qığırdaq patologiyası ilə əlaqədar yaranan üfüqi ya da iç tərəf yırtıqlar, rest (istirahət), ice (buz tətbiqi), compression (bandaj sarılması), elevation (dizin yüksəkdə tutulması).

 

Həkimin sözlərinə görə, bu müalicə sonrasında dizdə kilitlənmə və xroniki ağrılar inkişaf etməzsə, əlavə proseduraya gərək qalmaya bilər:

 

“Meniskin ancaq bayır 1/3-də (oynaq zarına yaxın) hissəsində qan dövranı var. Bu nahiyədəki yırtıqlarda menisk öz qan dövranı sayəsində sağala bilər. İç 2/3 hissəsində sağalma görülmür. Yenə də bunu yaddan çıxarmamaq lazımdır ki, hər yırtılan menisk ağrı verməyə bilər.

Menisk sağalmadıqda və şikayətlər davam etdikdə, cərrahiyyə planlanır. Hal hazırda bütün menisk cərrahiyyəsi sadəcə artroskopiya köməkliyi ilə edilir. Yırtıq və şikayətə səbəb olan menisk yırtıqları əməliyyat edilmədikdə, qığırdaqda yeyilmə və gələcəkdə duzlaşmaya səbəb olur. Gənc və aktiv həyat tərzi sürən xəstələrə menisk yırtıqlarının əməliyyat edilməsi məsləhət görülür. Həkiminiz yırtığın tipinə, yanaşı gedən başqa patologiyaya, xəstənin yaşına görə müalicə planlayacaq.

 

Cərrahiyyə sonrası rehabilitasiyanın müalicənin əhəmiyyətli bir parçası olduğunu deyən Nərminə xanım bildirdi ki, iki tip menisk cərrahiyyəsi mövcuddur:

 

“Birinci tip Menisektomiyadır (meniskin yırtıq qisminin alınması). Bu, ən sıx tətbiq edilən diz artroskopiya cərrahiyyəsidir. Meniskin xəsarət almış qismi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda meniskin az bir qismi çıxarıldığı üçün funksional itkiyə səbəb olmur. Meniskin iç 1/3 qisminin sağalma ehtimalı olmadığı üçün alınır. Xəstə artroskopik menisektomiyadan 4 saat sonra yeriyə bilir və 3 həftə sonra idmana dönə bilir.

Meniskin böyük hissəsinin parçalı yırtıqlarında bəzən böyük bir qismi və ya tamamı alına bilir. Bu da gələcəkdə ciddi funksional pozğunluqlara bağlı diz ağrılarına və duzlaşmaya səbəb ola bilər. Bu səbəblə də lazım olmadıqda meniskin alınması məsləhət görülmür.

İkinci tip isə menisk tikilməsidir.

Texniki olaraq çox çətindir və təcrübəli cərrah tərəfindən edilməlidir. Meniskin bayır 2/3 (oynaq kapsuluna yaxın) hissəsinin sağalma potensialı var. Bayır 2/3 hissəsi eyni zamanda meniskin funksiyaların 90%-ni yerinə yetirir. Bu səbəbə görə də bu bölgədəki yırtıqlar mümkünsə tikilməlidir. Bu əməliyyatın üstünlüyü odur ki, yırtıq sağaldıqda uzunmüddətli diz funksiyası bərpa olmuş olur. Bu əməliyyatın çatışmayan cəhətləri olaraq 10% hallarda tikilmiş yırtığın sağalmaması, xəstənin 6-8 həftə qoltuqaltı əsa istifadə etməsi və idmana ancaq 3-4 aydan sonra dönə bilməsidir”.

 

Həkim deyir ki, tikilə biləcək bütün yırtıqlar tikilməlidir, alınmamalıdır. N.Abbasova əməliyyat sırasında və sonrasında ediləcəklər barədə də danışıb:

 

“Xəstə əməliyyatxanaya alınır. Anesteziya beldən verilən epidural+spinal anesteziya və ya ümumi anesteziya ilə aparıla bilər. Anesteziya tətbiq edildikdən sonra əməliyyat sahəsi streril örtü ilə örtülür. Daha sonra artroskopiya sistemləri qurulur. Əməliyyat təcrübəli əllərdə 30 dəqiqə, 1 saat çəkir. Dizdə bağ, qığırdaq problemləri əməliyyat vaxtını uzada bilər. Əməliyyat sonrası xəstə ayılma otağında 30 dəqiqə, 1 saat saxlanılır. Əməliyyat sonrası çox vaxtı ağrı olmur və bəsit ağrıkəsicilərlə ağrı tamamilə kontrol altına alınır. 3-4 saat sonra xəstəyə yemək verilir. Yemək sonrası xəstənin ayağına basaraq yeriməsinə icazə verilir. Başın dönməməsi üçün ayağa qalxmadan əvvəl öncə 5-10 dəqiqə oturmaq lazımdır. Əsa istifadə etməyərək ayağınıza tam yük verə bilərsiniz və dizinizi bükə bilərsiniz. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinə bağlı olaraq xəstə əməliyyatdan 4-5 saat sonra və ya ertəsi gün evə yazıla bilər. İlk 2 gün də 38° temperatur ola bilər, bu infeskiya mənasına gəlmir. İnfeksiya əlamətləri 3 gün sonra başlayır.

Evə qayıtdıqdan sonra 3 gün ayağınızın altına yüksəklik qoyaraq uzanın. Əməliyyat sonrası dizə buz qoymağa davam edin. Ehtiyac olduqda ayağa qalxıb gəzə bilərsiniz. Bu dönəmdə dizinizdəki bandajı qətiyyən çıxarmayın. 4-5 gün sonra ofis işi olanlar oturaraq işləyə bilərlər. Əgər işinizi axsada bilirsinizsə, 10 gün işə çıxmayın. 10-cu gün həkim yaranıza baxır və yara açıq buraxılır. Bundan sonra fizioterapiya başlana bilər. Həftədə 3 dəfə olmaqla 1 ay ala bilər. Fizioterapiya təcrübəli fizioterapist tərəfindən edilməlidir. Keyfiyyətli fizioterapiya önəmli faktorlardan biridir. 2-ci həftədən sonra daha aktiv ola bilər və maşın da sürə bilərsiniz. Əməliyyatdan 1 ay sonrasına qədər idman olmaz. 1 ay sonra idmana yavaş-yavaş başlaya bilərsiniz”.

 

 

 

DİQQƏT!

 

Həkim-terapevt Nərminə Abbasova dizdə yırtıq – Menisk problemindən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

 

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96

ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...