Bu jurnalistlər ilkə imza atdılar

08:18 28-09-2018 | icon 618 | KİV
Bu jurnalistlər ilkə imza atdılar

 

Fiziki qüsurlu şəxslər üçün yeni şans

 

 

2016-cı ildə “Faktor Azərbaycan MMC”nin tərkibində fəaliyyətə başlayan Faktor.az qarşısına xəbər missiyası ilə yanaşı, dövlətin sosial sahədə həyata keçirdiyi siyasətə dəstək olmaq üçünə fərqli bir məqsəd də qoyub.

 
 
Versus.Az-ın məlumatına görə, saytın kollektivinin əsas hissəsi fiziki məhddiyyətli şəxslər, sığınacaqda məskunlaşanlar, kimsəsiz uşaqlar evindən yaş məhdudiyyətinə görə çıxmağa məcbur qalan istedadlı şəxslər olacaq.
 
 
Onlara müxbirlik, tərcüməçilik, redaktə, korrektə, montaj işləri, fotoqraflıq, operatorluq, videoblogerlik, SMM kimi sahələr öyrədiləcək. Bu müddət ərzində isə maaşla təmin ediləcəklər.
 
 
Azərbaycanda 624 min əlil yaşayır, bu da əhalinin 6,3 faizi deməkdir. Amma onların cəmi 32,5 faizi işləyir. Onlara hər il dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Müdafiəsi Fondu vasitəsilə 82 milyon manat ödənilir.
 
 
Faktor.az-ın daha bir məqsədi bu təcrübəni böyüdüb, bütün ölkədə tətbiq etməkdir ki, bununla da dövlətin bu sahədəki fəaliyyətinə ciddi şəkildə dəstək veriləcək.
 
Məlumat üçün bildirək ki, “Faktor Azərbaycan” MMC-nin tərkibində faktorSMM xidməti, AQAT Channel və faktor.az yutub kanalları, eləcə də faktor.az xəbər saytı fəaliyyət göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI