“Qəhrəman komandolarımız, canımızdan can bildiyimiz ləyaqətli Azərbaycan türkü qardaşlarımıza 83 milyonluq millətimizin sevgisini, məhəbbətini və salamlarını çatdırmaq üçün Bakıdadır!”.
Türkiyənin Milli Müdafiə Nazirliyi ölkəmizdə hərbi parada hazırlaşan türkiyəli hərbçilərin videosunu “Twitter” hesabında məhz bu sözlərlə paylaşıb.
Türkiyə MN həmçinin paylaşımda məşhur “Çırpınırdı Qara dəniz” şeirinin misralarını da paylaşıb:
“Sırmalar sarsam qoluna, inciler düzsəm yoluna, Fırtınalar dursun yana, yol ver türkün bayrağına!”.