Veboya dəstək olmaq istədi, sosial medianın dilinə düşdü - FOTO
Türkiyənin pop müğənnisi Gülben Ergen “Başakşehir”in kamerunlu məşqçisi Pyer Veboya qarşı irqçi davranışı qınayarkən izləyicilərin müzakirə mənbəyinə çevrilib.
O, “Twitter” hesabından “Qara olan ürəkləridir Vebo”, - deyə paylaşım edib.
Onun bu tviti bundan əvvəl irqçiliklə bağlı paylaşımını xatırladıb.
Belə ki, Ergenin illər əvvəl çıxan “Yaramaz” mahnısının klipində qaradərili bir uşaq rol almışdı. Gülbən bu barədə “Əslində bir meymun oynadacaqdıq, amma tapa bilmədik, dedik, qaradərili bir uşaq oynadaq”, - demişdi.
Qeyd edək ki, “Çempionlar Liqası”nda səfərdə PSJ ilə qarşılaşan “Başakşehir”də köməkçi məşqçi Pierre Vebo irqçi davranışa məruz qalıb.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"