AZADLIQ MEYDANINA GEDİRƏM

14:16 10-12-2020 | icon 936 | Köşə
AZADLIQ MEYDANINA GEDİRƏM

QƏLƏBƏ PARADIN MÜBARƏK, AZƏRBAYCAN! 

TAHİRƏ QAFARLI

 

Azadlıq meydanına gedirəm, QƏLƏBƏ PARADINA! Bu gün çox qürurluyam, Allahıma şükürlər edirəm, min kərə, milyon kərə! Bu millətin kimliyi, mənliyi, vüqarı özünə qayıtdı.

 
 
Bu gün Azərbaycanın Müzəffər Ordusu 30 ildir erməni xainlərin, işğalçıların torpaq iddiası ilə apardığı terrorçu, cinayətkar müharibəni Qələbə ilə başa vurdu. Düşmənin başı igid oğullarımızın dəmir yumruğu ilə əzildi. AZƏRBAYCAN bu gün çox xoşbəxt tarixi anlarını yaşayır, Azərbaycan vətəndaşları, mən özüm də, tariximə qızıl hərflərlə yazılan Azadlıq, zəfər səlnaməsinin şahidləri, iştirakçılarıyıq! Bu əzəmətli hissləri bizə yaşatdığına görə Ali Baş Komandanın, Ordumuzun qarşısında baş əyirəm, Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, onlara əbədi borcluyuq.
 
 
Bu gün Azadlıq Meydanı bir Zəfər Meydanına meydan verib. Bu gün Azərbaycan, türk əsgərinin ayaq səsləri ilə titrəyir meydan. Əsgərimizin nərəsi ilə yer-göy lərzəyə gəlir. Əsgərin o meydanda atdığı hər bir addım, ağır çəkmələri ilə zərblə yerə basdığı hər addım bir mübariz əsgərin cəsarətlə torpağa, dünyaya verdiyi mesaj olacaq. Əsgərim o möhtəşəmliyi ilə dövlətinə, millətinə, torpağına, səmaya, dənizə bəyan edir: Mən hər yerdə səninləyəm, Vətən! Mən sənin keşikçinəm! O meydanda yerə vurulan hər bir təpik milyonlarla azərbaycanlının hünər səsidir. Torpağında uyuyan canım ŞƏHİDƏ, əsgər yoldaşına Salamdır. Qalx ayağa Vətən, sənin azadlıq ruhun mənəm və sən bu gün güvəndəsən deyir. Əziz Şəhid qardaşım, sən də bu meydanda mənimləsən, haydı irəli, deyir, əsgər paradı.
 
 
Azadlıq Meydanına Qələbə Paradına gedirəm! Ruhumun məni qanadlarında apardığı O Zəfər Meydanına. Çox xöşbəxtəm!
 
 
Qələbə Paradına gedirəm... Cəsur əsgərimin Qələbə Meydanından bütün dünyaya baxan sərt baxışlarını, torpağının bir qarışını da bir daha yağılara verməyəcəyini ifadə edən duruşunu, zəfərini görmək üçün...
 
 
10 dekabr Azərbaycan Tarixinə qızıl hərflərlə yazılacaq. Eşq olsun Azərbaycan Ordusuna! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Xalqına. Qələbə Paradın Mübarək, Azərbaycan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI