Ciddi siyasi yanlışlıq olar

19:21 30-09-2018 | icon 713 | Kürsü
Ciddi siyasi yanlışlıq olar

 

Nə ilkdir, nə də sonuncu olacaq

 

 

 

NƏSİMİ MƏMMƏDLİ

/politoloq/

 

 

Dünən keçirilən “Qarabağ mitinqi”ni açıq müstəvidə geniş təhlil etmək, gəldiyim qənaəti, apardığım müşahidələrimi və düşüncələrimi əhatəli şəkildə bölüşmək fikirindən uzaq olsam da, bir-iki məsələyə səthi toxunmaq istəyirəm.

 

Mitinqdə ümumi təşkilatçılıq, iştirakçılıq, çıxışların ictimai-siyasi və psixoloji effektliliyi, peşəkarlığı, habelə, aksiyaçıların çıxışlara reaksiyası, eyni zamanda yerli və beynəlxalq ictimaiyyətin bu mitinqdən ala biləcəyi mesajlar barədə də xüsusi danışmağa lüzum görmürəm.

Həmçinin, gələcəkdə bu mövzuda çağrılacaq mitinqlərə hökumətin, fəal ictimaiyyətin və hətta aksiyada iştirak edənlərin necə münasibət göstərəcəyini dəqiq proqnozlaşdırsam da, onun açıq müzakirəsini də doğru saymıram.

 

Qarabağla bağlı mitinqlər nə ilkdir, nə də sonuncu olacaq. Müxtəlif vaxtlarda bu mövzu bəlli səbəblərdən aktuallaşır və ya gündəmdən düşür. Təşkilatçılıq misiyasını hansı dönəmdə kimin, niyə üzərinə alması narahatlıq doğurmamalıdır.


Dünən mitinqdən öncə paylaşdığım statusumda da qeyd etdiyim kimi, Qarabağ mitinqi ilə bağlı təbliğatı ölüm-dirim məsələsinə çevirməyi yersiz və zərərli hesab edirəm. Eyni zamanda ona qarşı əks-təbliğatı da yanlış sayıram. Sosial şəbəkələrin mövcudluğu şəraitində bu kimi yanaşmalar çox qısa zaman kəsiyində öz gerçək qiymətini alır. Peşəkar çevrələrin bu məsələni nəzərə alaraq uyğun davranış sərgiləməsi yaxşı olardı.

 

Dünən müxtəlif sosial qruplardan olan fəal insanlar Qarabağ mövzusuna görə meydana toplaşmışdı. Mitinqə qatılan əksəriyyət insanlar səmimi şəkildə etirazlarını ifadə etmək üçün yaranmış bu fürsətdən istifadə etməyə çalışdılar. Ümumi şəkildə götürsəm, mitinqlə bağlı öncəki təxminlərimi, mitinqin gedişindəki müşahidələrim tamamilə təsdiq etdi.

 

Mitinqə müxalifət təşkilatlarının çoxsaylı sıravi üzvlərinin qatılmasını müsbət hal kimi dəyərləndirirəm.
Qarabağ və digər taleyüklü sosial-siyasi məsələlərlə bağlı təkbaşına etiraz mitinqləri keçirməyə qadir olan Milli Şuranın, Müsavat və REAL partiyasının mitinqlə bağlı rəsmi çağırış etməməsini çox doğru və peşəkar yanaşma kimi təqdir edirəm.

 

Dərindən analiz etdikdə, ölkənin siyasi gündəminə təsir edə bilən müxalifət təşkilatlarının indiki situasiyada Qarabağ mitinqinə belə münasibət sərgiləməsi olduqca düzgün addım oldu. Qarabağ məsələsi ətrafında yeni-yeni ictimai-siyasi təşəbbüslərin davam etməsinin cəmiyyətə heç bir zərəri yoxdur. Lakin müxalifətin bu formatda təşkil edilən etiraz aksiyalarına açıq dəstək ifadə etməkdən çəkinməsi məsləhətdir. Belə bir yanaşma cəmiyyətin hazırlanması baxımından faydalı olduğu qədər, beynəlxalq ictimaiyyət qarşısında da ölkəmizin maraqlarına uyğundur.

 


Son olaraq, müxalifətin sosial-siyasi problemlərlə bağlı bütün dönəmlərdə təkbaşına və ya birgə ardıcıl mitinqlərinin keçirilməsi olduqca vacibdir və bundan imtina edilməsi ciddi siyasi yanlışlıq olar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI