Güləş millimiz ilk gündə iki medal qazandı

08:58 14-12-2020 | icon 321 | İdman
Güləş millimiz ilk gündə iki medal qazandı

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokunda Azərbaycan millisi ilk medallarını qazanıb.

 

Versus.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimizdən ilk medal yarışına çıxan dünya və Avropa çempionu Eldəniz Əzizli (-55 kq) olub.

 

Bu gün təsəlliverici görüşdə Ermənistan təmsilçisi Rudik Mkrtçyana vaxtından əvvəl (9:0) qalib gəlmiş Eldəniz bürünc medal yarışına çıxıb. O, Qırğızıstan təmsilçisi Balbay Dordokova 3:0 hesabı ilə qalib gələrək ilk dəfə keçirilən bu turnirin bürünc medalını qazanıb.

 

Həmçinin yeniyetmələrin Olimpiya çempionu olmuş İslambəy Dadov (-67 kq) həlledici görüşə çıxıb. Dünən 1/4 finalda Ermənistan təmsilçisi Slavik Qalstyana 7:4 hesabı ilə qalib gəlmiş dağıstanlı legionerimiz Rusiyanı təmsil edən çeçen Nazir Abdullayevlə finalda görüşüb. Lakin Azərbaycan təmsilçisi son saniyələrdə rəqibinə xal verərək uduzub – 1:2.

 

Bununla da Azərbaycan ilk medal gününü bir gümüş və bir bürünc medalla başa vurub.

 

Qeyd edək ki, sabah yunan-Roma güləşi yarışına yekun vurulacaq və daha iki medal qazanmaq şansımız var.

 

Taleh Məmmədov (-63 kq) bürünc medal qazanmaq üçün təsəlliverici yarışa çıxacaq. Gürcü legionerimiz Beka Kandelaki (-130 kq) isə bürünc medal görüşündə qüvvəsini sınayacaq. /oxu.az/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı