"Əllərindən öpürəm, Şəhid Anası!"

10:44 14-12-2020 | icon 391 | Cəmiyyət
"Əllərindən öpürəm, Şəhid Anası!"

Qənirə Paşayeva: “Sizin kimi qəhrəman qadınların qarşısında baş əyirik”

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva tək oğlu şəhid olan və şəhid övladına görə ona ayrılan müavinəti Orduya Yardım Fonduna köçürən ana ilə görüşdə “sizin kimi qəhrəman qadınların qarşısında baş əyirik” deyib.

 
 
Versus.Az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Kürdəmir rayonunun Karrar qəsəbə sakini, şəhid Məlik Zülfüqarovun anası Yeganə Zülfüqarova ilə görüşüb.
 
 
Komitə sədri Yeganə xanıma oğlu və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımızın azad olunduğunu, xalqımızın 30 illik həsrətinə son qoyulduğunu deyib:
 
 
"Əziz Yeganə xanım, biz bilirik ki oğlunuz bir neçə ay idi ki, həqiqi hərbi xidmət keçirdi. Müharibə başlayan gündən, əldə silah işğal altında olan torpaqlarımızda düşmənə qarşı döyüşürdü. O, döyüşlərin birində ağır yaralanmış və şəhid olmuşdur.
 
Biz onu da bilirik ki dövlət tərəfindən şəhidliyə görə ayrılan müavinətdən imtina etmisiz. Oğlunuzla son dəfə döyüşə getməzdən bir neçə gün öncə danışmısız və oğlunuz Sizdən halallıq istəyib. Sizsə “Əgər Vətən yolunda oğlumu itirdimsə, onun adına verilən pul da dövlətimizə, ordumuza çatmalıdır” demisiz.
 
Tanrıdan bütün şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirik!
 
 
Şəhidlərimizin qanı yerdə qalmamışdır. Azərbaycan tarixi zəfər qazanmışdır. Bu zəfər münasibəti ilə təbriki haqq edən ilk insanlar Şəhid Analarıdır. Sizi təbrik edirəm, əziz Ana"!
 
 
Yeganə xanım səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib. Görüşdə iştirak edən “Nəfəs” Xeyriyyə Təşkilatının sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, tanınmış sənətkarımız Nurəddin Mehdixanlı və digər ziyalılarımız şəhid analarımızın qarşısında baş əydiklərini bildiriblər və Yeganə xanıma hər zaman yanınızdayıq deyiblər.
 
Qəhrəman şəhidimizin anası ilə geniş fikir mübadiləsi aparılıb və Q.Paşayeva Mədəniyyət komitəsi adından şəhid anasına təşəkkür məktubu təqdim edib.
 
 
***
 
Bu günlərdə Kürdəmirli şəhid Məlik Zülfüqarovun anasının öz oğlunun hərbi xidmətdə həlak olması ilə bağlı müavinətdən imtina etməsi haqqında oxuduq.
 
Şəhidlərimizə rəhmət, yaralı qazilərimizlə acil şəfalar dilərkən, Məlikin haqqında bir neçə kəlmə ürək sözümü bölüşmək istərdim.
 
Məlik Kamran oğlu Zulfuqarov 27 iyul 2001-ci il Kurdəmir rayonunun Karrar qəsəbəsində anadan olub. 01 sentyabr 2007-ci ildə Karrar qəsəbə tam orta məktəbinə gedib, 2018-ci ildə məktəbi bitirib. 03 oktyabr 2019-cu ildə həqiqi hərbi xidmətə gedib. Azərbaycanin Böyük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. 21 oktyabr 2020-ci ildə şəhadət şərbəti içib. Məlik evin tək oğlu idi. İdmana böyük həvəsi var idi. Fövqəladə hallar nazirliyi sistemində işləmək arzusunda olub Məlik. Məlik çox vətənpərvər, tərbiyəli, ailəsinə, yurduna bağlı oğul olub. Yaşının az olmağına baxmayaraq dərin düşuncəli övlad olub Məlik. O, gözəl nitq qabiliyyəti ilə də seçilib. İgidi Vətən oğlu Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yuksəlib. Məlik 1 yaşından atasız böyüsə də, Dövlətimizi ata, Vətənimizi ana bilib. Bununla belə, insan insandır... - Məliki yaxından tanıyanlar onun gözlərindəki dərin kədərdən danışırlar. Uşaqlıq yaşlarında yaşadığı çətinliklər gözlərindəki kədərdən şəkillənib.
 
"Məlik mənim bu həyatda tək varlığım idi. Bitib- tükənməyən arzularım vardı onunçün. Onunda bizə dair xəyalları vardı... O hər zaman deyərdi ki "ana, böyüyüm, səni çəkdiyin əziyyətlərdən qurtarıb, rahat həyat yasadacam". Döyüşlərə qatildiqdan sonra onunla axırıncı dəfə, oktyabr ayının 14-də danışdım. O mənə "Ana, özündən muğayat ol, özünə yaxşı bax" dedi. Sonra bacısı ilə danışdı. Bacısı ona dedi ki, "qardaşım, 16 oktyabr mənim adgünündür, anam mənə deyir, qardaşın müharibədədir, ad günü keçirmək olmaz". Məlik bacısına dedi, "ürəyim bacı, sağ qayıtsam, özüm sənə xüsusi ad günü keçirəcəm". - bu onun son sözü oldu. Məlik bacısına hər zaman, "ürəyim bacım" deyərdi. O bizim hər zaman ürəyimizdə yaşayacaq. O, mənim, hər zaman güclü olma səbəbim idi; onunla ürəyimdə qurduğum arzularla 19 il yaşadım və 19 ildə qurduğum xəyallar, etdiyim arzular mənə bir ömür yetər. Ana oğul bir-birimizi çox sevərdi. Ancaq görünür o Vətənini, Tanrımız da onu bizdən çox sevirmiş"...
 
 
Doğrusu şəhid anasının bu qiymətli sözlərindən sonra xüsusi şərhə ehtiyac duymuram. Əllərindən öpürəm, Şəhid Anası!
Vətən sağ olsun!"
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...