Almaniya azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

09:04 01-10-2018 | icon 426 | Siyasət
Almaniya azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib

Berlin şəhərində Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin növbəti toplantısı keçirilib.

 

Versus.Az xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycan Respublikasının Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak ediblər.

 

Tədbirdə diaspora fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspora fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.

 

Almaniyada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb. Bakı-Nürnberq Mədəniyyət və Təhsil Mərkəzinin sədri Yaşar Musayev Almaniya azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”