Milli Məclisə deputat sayı ARTIRILACAQ?
Azərbaycanda deputatların sayının artırılması məsələsi yenidən gündəmdə. Təbii və yaxud müəyyən səbəblər üzündən Milli Məclis üzvlərinin sayının azalmasını nəzərə almasaq, Konstitusiya ilə nəzərdə tutulan depautat sayınnın indiki reallıqla nə dərəcədə uzlaşdığı da müzakirə olunur.
İctimai müzakirələrdə belə qeydlər var ki, hər 40 min nəfər seçiciyə 1 deputat düsür. İndi isə bu rəqəm təxminən 65 minə catıb. Deputatların sayının artırılması ümumxalq səsverməsi ilə həllini tapa bilər.
Beləliklə, indiki reallıq Milli Məclisə deputatları sayının artırılmasını nə dərəcədə mümkün və zəruri hesab edir? Politoloq və deputatlar məsələyə birmənalı yanaşmayıb.
"Daha çox, proporsianal seçki məsələsi gündəmə gəlməlidir”
Deputat Fazil Mustafa bildirib ki, deputatların sayının artırılması üçün Konstitusiyada dəyişiklik edilməlidir.
Onun sölərinə görə, Konstitusiyada deputatların sayı 125 göstərilib və əgər konkret seçici sayına görə deputatın müəyyən olunması nəzərdə tutulursa, o zaman bu rəqəm artmalıdır:
“Əgər belə bir niyyət varsa, məsələyə baxılmaqla deputatların sayını artırmaq olar. Ona görə də referendum keçirilməlidir”.
F.Mustafa bununla yanaşı hesab edir ki, deputat sayının artırılmasından daha çox, proporsianal seçki məsələsi gündəmə gəlməlidir.Onun fikrincə, bu daha mühüm məsələdir.
"Bu hadisə referendumun keçirilməsini gündəmə gətirə bilər”
Deputat Hikmət Babaoğlu bildirib ki, Milli Məclisə seçilən deputatların sayı Konstitusiya ilə müəyyən edilir:
“Hazırda qüvvədə olan Konstitusiyamızın 82-ci maddəsinə görə bu say 125 nəfər müəyyənləşdirilib. Ona görə də əgər sayın artırılması lazımdırsa, o zaman konstitusiyaya dəyişiklik edilməlidir. Bu da yalnız ümumxalq səsverməsi, referendum yolu ilə həyata keçirdilə bilər. Əgər Azərbaycan respublikasının deputatlarının sayının artırılması ilə bağlı ictimai-siyasi sifariş yaranarsa və bu ictimai zərurət halına gələrsə, əlbəttə ki, bu mümkündür və bu hadisə referendumn keçirilməsni gündəmə gətirə bilər”.
H.Babaoğlu Konstitusiyanın 96-cı maddəsinə diqqət çəkib. Qeyd edib ki, həmin maddədə göstərilib ki, 40 min səsvermə hüququ olan seçici sayı ilə qanunvericilik təşəbbüsü ilə çıxış etmək mümkündür:
“40 min seçici hər hansı məsələ ilə bağı Milli Məclisə qanun layihəsi təqdim edib qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Düşünürəm ki, deputatların sayının artırılması mümkündür. Ancaq bunun üçün Konstitusiyanın 82-ci maddəsində dəyişiklik edilməlidir”.
“Əhalinin sayında olan artım Milli Məclis üzvlərinin sayının artrılmasını tələb edir”
AMİP Ali Məclisinin sədri, politiloq Rəşad Bayramov Konstitusiyanın 5-ci fəslinin Qanunvericilik hakimiyyəti bölməsindəki 82-ci maddəyə diqqət çəkib. Qeyd edib ki, Konstitusiyanın bu müddəsi 1995-ci ildə müstəqil Azərbaycanın qəbul etdiyi Konstitusiyanın müddəasıdır:
"Keçirilən referendumlarda bu maddəyə hər hansı düzəliş, əlavə və dəyişiklik edilməyib. Orada da Milli Məclisin 125 deputatdan ibarət olduğu göstərilir".
R.Bayramov bildirib ki, Milli Məclisin 125 deputatdan ibarət formalaşması ilə bağlı Konstitusiya qəbul olunanda ölkə əhalisinin sayı 7 milyondan az idi. İndi isə faktiki olaraq ölkədə 10 milyondan artıq əhali var. Bu, bir deputata düşən seçici sayının avtomatik olaraq daha çox olmasını şərtləndirir.
R.Bayramov hesab edir ki, bir deputatın təbii olaraq bu qədər insanla təmasda olması, bu qədər insanın problemləri ilə tanış olub, bu istiqamətdə addımlar atmasını mümkünsüz edir. O, bu mmənada hesab edir ki, ötən dövr ərzində əhalinin sayında olan artım, avtomatik olaraq Milli Məclis üzvlərinin sayının artrılmasını tələb edir:
“Konstitusiya dəyişiklikləri həyata keçirilməli və idarəetmə, inzibati dəyişikliklərlə yanaşı, qanunverici hakimiyyətin formalaşması üzrə də dəyişikliklərin edilməsi vacibdir. Burda iki məqam var: biri ondan ibarətdir ki, ümumiyyətlə Milli Məclis deputatlarınn sayı artırılmalıdır. Əgər say hesabı ilə götürsək, 25 faizə yaxın artım varsa, bu avtomatik Milli Məclis üzvlərinin ən azı 150 nəfər olmasını şərtləndirir. Amma qeyd edim ki, Konstitusiyanın bu müddüəası qəbul olunanda paralel olaraq proporsional seçki sistemi də mövcud idi. Hesab edirəm ki, həmin sistemə qayıdışın özünü də təmin eləmək lazımdır. Çünki həm proporsional, həm də mojoritar -qarışıq seçki sistemi əsasında seçkinin keçirilməsi daha doğru, daha əhəmiyətli olardı”.
R.Bayramov qeyd edib ki, partiyaların siyasi proseslərdə yerini və rolunu artıra biləcək ən böyük faktorlardan biri proporsional seçki sisteminin tətbiqidir:
“Proporsional seçki sistemi həm partiyaların üzərinə məsuliyyət qoyur, həm də partiyaların güclənməsini təmin edir. Partiyaların güclənməsi isə ümumiyyətlə, ölkədə siyasi sistemin güclü olmasına gətirib çıxardır. Eyni qaydada mojaritar seçki sisteminin də özünəməxsus üstünlüklıəri var. Nəzərə alsaq ki, Azərbaycanda hamı bu və ya digər partiyalarda təmsil olunmur, əhalinin böyük çoxluğu bu və ya digər partiyalarda deyil, məhz tərəfsiz olaraq seçkilərə qatılırlar, o zaman mojaritar seçki sisteminin hansısa say etibarilə saxlanılması effektlidir. 175 nəfərdən ibarət Milli Məclisin formalaşması və üzvlərinin müəyyən faizinin proporsional seçki əsasında seçilməsi ən düzgün və effektiv yol olardı. Ümid edirik ki, gözənilən, amma hələ də həyata keçirilməyən Konstitusiya islahatları zamanı və referendumda bu məsələ də müddüəlarda əksini tapacaq”.
T.Qafarlı
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"